Rafiq Babayev-60
Hörmətli Rafiq müəllim!
Sizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz 1953-cü ildə Ordubad rayonunun Aza kəndində dünyaya gəlmiş, 1975-ci ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialını Azərbaycan dili
və ədəbiyyat ixtisası üzrə bitirmiş,
1979-1994-cü illərdə "Yeni Ordubad", "El həyatı"
qəzetlərində məsul katib və redaktor müavini vəzifələrində
çalışmış, 1976-79-cu illərdə
Aşağı Aza kənd orta məktəbində müəllim, 1994-2004-cü
illərdə isə direktor işləmisiniz.
2004-cü ildən AMEA Naxçıvan bölməsinin
folklorşünaslıq şöbəsində elmi tədqiqatla məşğul olmuş və Naxçıvan özəl
universitetində müəllim kimi fəaliyyət
göstərmisiniz. İlk hekayəniz 8-ci
sinifdə oxuyanda Ordubad rayon qəzetində
dərc olunmuş, müxtəlif illərdə
"Arazın işıqları", "Araz-2",
"Araz-3" almanaxları və kitablarda
"Uzun yuxu",
"Arxadan gələn adam",
"Təkbətək", "Axırıncı axşam", "İlğım", "Zühur", "Ölüm
mələyi" kimi roman,
povest və hekayələriniz çap olunmuşdur. 1988-ci
ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz.
2009-cu ildə "Azərbaycan
folklorunun regional
xüsusiyyətləri (Naxçıvan folkloru)"
mövzusunda dissertasiya
müdafiə edərək filologiya
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış,
hal-hazırda filologiya üzrə elmlər
doktoru adı almaq üçün dissertasiya
üzərində işləyirsiniz. Sizin "Naxçıvan folkloru: bəşərilik, türk-lük,
regionallıq" monoqrafiyanız, "Yol
gələr Ordubada", "Azərbaycan
nağılları. Naxçıvan",
"Naxçıvan folkloru"
kitablarınız, həmçinin tərtibçilərindən
və redaktorlarından biri olduğunuz "Azərbaycan folkloru
antologiyası. Naxçıvan folkloru"
3 cildliyi folklorşünaslıq elmimizin layiqli nümunələri
sırasındadır.
Hörmətli Rafiq müəllim!
Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən
təbrik edir, sizə uzun
ömür, cansağlığı, elmi və bədii
yaradıcılığınızda yeni
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Naxçıvan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2013.- 6 dekabr.- S.7.