İstanbulda VIII Millətlərarası Türkoloji Konqres

      

Bu günlərdə Türkiyənin İstanbul şəhərində sayca 8-ci Beynəlxalq Türkoloji Konqres keçirilmişdir. İstanbul Universitetinin ədəbiyyat fakültəsinin və Türkiyə Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə keçirilən bu mötəbər toplantıya dünyanın 30-a yaxın ölkəsindən 300-dən çox elm adamı, araşdırmaçı dəvət olunmuşdu. Konqresdə Çin, Monqolustan, Yaponiya, Misir, Polşa, Macarıstan, Kosova, Almaniya, İsveç, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızısıtan və digər ölkələrdən dəvət olunmuş alimlər türkologiyanın müxtəlif sahələrinə (tarix, ədəbiyyat, dil, fəlsəfə, memarlıq, musiqi, incəsənət) dair məruzələrlə çıxış etdilər.

Bu möhtəşəm məclisə Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarında çalışan 11 nəfər elm adamı da qatılmışdı. Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Amanoğlu (Quliyev) , Naxçıvan Dövlət Universitetinin dosenti Əbülfəz Əzimli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Siyavuş Dadaşov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Vahid Zahidoğlu (Adilov), AMEA-nın akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, AMEA-nın Azərbaycan və Etnoqrafiya İnstitutunun elmi işçisi Könül Əsədli, Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə doktoru Nuridə Novruzova, bu sətirlərin müəllifi və digərləri təmsil edirdilər. Fərəhləndirici haldır ki, konqresdə ölkəmizdən dəvət olunanların bir neçəsi gənc araşdırmaçılar idilər: Azərbaycan Dövlət Konservatoriyasının məzunu Anar Rüstəmov, AMEA-nın əməkdaşı Rüxsarə Quliyeva, Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının əməkdaşı Aynur Məmmədova və b.

Konqresin açılışında öncə Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və ölkənin bir neçə nazirinin toplantı iştirakçılarına ünvanladıqları təbrik məktubları oxundu. Açılış mərasımində həmçinin İstanbul Universitetinin rektoru professor Yunus Söylet, ədəbiyyat fakültəsinin dekanı professor Mustafa Özkan, Macarıstanın Türkiyədəki səfiri Janos Həvari və ölkə Prezidenti Administrasiyasının baş katibi, professor Mustafa İsen giriş nitqləri ilə çıxış etdilər. Natiqlər bu toplantının İstanbul Universitetinin 560-cı ildönümünə həsr edildiyinibuna görə də onun xüsusi önəm daşıdığını qeyd etdilər. Çıxışlardan o da məlum oldu ki, əsası 1453-cü ildə qoyulan İstanbul Universitetində bu cür toplantı hər üç ildən bir keçirilir. İlk Millətlərarsı Türkoloji Konqres 1973-cü ildə baş tutmuşdurbu müddət ərzində türkologiya sahəsində böyük işlər görülmüşdür.

Çıxışlarda bizim üçün xüsusi maraq doğuran məqamlardan biri 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji qurultayın böyük ehtiramla xatırlanması oldu. Bakı qurultayının böyük əhəmiyyətini qeyd edən natiqlər onun iştirakçıları olmuş yerli türkoloqların, demək olar ki, hamısının kütləvi şəkildə repressiya qurbanı olduqlarını da vurğuladılar

Konqresin plenar iclasında Türkiyənin tanınmış türkoloq alimlərindən Əhməd Bican ErcilasunOsman Fikri Sərtkayanın, macarıstanlı türkoloq Georgi Hazainin məruzələri dinlənildi. Vaxtilə Türk Dili Qurumunun başkanı olmuş Ercilasun öz çıxışında müxtəlif türkdilli ölkələrdə qədim və orta əsrlərə aid türkcə mətnlərin öyrənilməsində, nəşrə hazırlanmasında, xüsusilə də onların transkripsiya məsələlərində mövcud olan ayrıntılardan və bu sahəortaq bir məxrəcə gəlməyin, vahid transkripsiya prinsiplərinin hazırlanmasının zəruriliyini ayrıca olaraq vurğuladı. Macar türkoloqu Hazai müxtəlif ölkələrdə fəaliyyət göstərən türkoloji qurumlartürkoloqlar arasındakı əlaqələrin daha da möhkəmləndirilməsindən, əlyazma mübadiləsi və əski əlyazma kataloqlarının yenidən nəşr olunması məsələlərinin əhəmiyyətindən danışdı. Çıxışlarda o da qeyd olundu ki, Türkiyə Cümhuriyyəti qurulduqdan bir il sonra ölkə Prezidenti Mustafa Kamal Atatürkün göstərişi ilə Türkiyə Araşdırmaları Mərkəzi yaradılmış və onun ilk rəhbəri görkəmli türk alimi Fuad Köprülü olmuşdur. 1973-cü ildən isə həmin quruma əslən Gəncədən olan tanınmış türk dilçi alimi Əhməd Cəfəroğlu başçılıq etmişdir. Ümumiyyətlə götürdükdə isə çıxışlarda qeyd olunduğu kimi, ilk türkoloji qurum XIX yüzillikdə Macarıstanda məşhur türkoloq alim Vamberi tərəfindən yaradılmışdır. Maraqlıdır ki, ikinci belə bir qurum Rusiya İmperiyasında təsis edilmişuzun müddət səmərəli fəaliyyət göstərmişdir. Rusiya federasiyasında hazırda da oxşar qurum - Türkoloji Komitə fəaliyyət göstərir və onun rəhbəri professor Dmitri Vasilyev bu toplantıda əsas məruzəçilərdən biri kimi iştirak edirdi.

Konqresin ikinci günündə (oktyabrın 1-də) professor D.Vasilyev Rusiya Elmlər Akademiyasının Epiqrafik Araşdırma qrupunun 2012-ci ildə Güney Sibirdə apardığı ekspedisiya zamanı aşkara çıxarılan Runik Türk yazıları haqqında maraqlı məruzə ilə çıxış etdi. Qeyd edək ki, prof. D.Vasilyevin bu yazılar haqqında yazdığı kitabının türkcəyə tərcüməsinin konqresdən sonra İstanbulda təqdimat mərasiminin keçirilməsi planlaşdırılırdı.

Konqresin əsas günü oktyabrın 1-də başladı və iclaslar eyni zamanda 5 salonda davam etdi. Xüsusi maraq doğuran, diqqətçəkici məqamlardan biri bu idi ki, iclas keçirilən salonlar türk xalqlarının böyük şəxsiyyətləri olan Bilge Kağan, Əlişir Nəvai, Yunus İmrə, Mete xan, Memar Sinanın adlarını daşıyan beş ayrı-ayrı zalda keçirildi. İclasların özləri də ən görkəmli türkoloqların adlarını daşıyırdı. Onlar sırasında Azərbaycanın görkəmli alimlərindən Həmid Araslı, Məmmədağa Şirəliyev, Abbas Zamanov, Məhəmməd Tağı Zehtabi, Bəxtiyar Vahabzadə, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Vaqif Aslanovun adları da var idi ki, bu da təbii olaraq, Azərbaycandan gələn konqres iştirakçılarının hər birinin könlünü qururiftixar hissləri ilə doldururdu.

AMEA-nın müxbir üzvü, professor Əbülfəz Amanoğlunun (Quliyevin) məruzəsi tanınmış özbək hökmdarı və şairi Şeyban xanın (1451-1510) şərəfinə çağatay dilində yazılmış “Şeybaninamə” məsnəvisinin təhlilinə həsr olunmuşdur. Şeyban xan dövründə məliküş-şüəra olmuş Məhəmməd Salehin (1461-1536) qələmindən çıxmış bu poema hökmdarın zəfərlərindən bəhs edir. Əbülfəz müəllim öz məruzəsində “Şeybaninamə”nin çağatay dili və ədəbiyyatının inkişafında rolundan qısaca danışıqdan sonra əsəri Azərbaycan türkcəsində çevirdiyini və tezliklə onu çap üçün nəşrə təqdim edəcəyini də vurğuladı və bütün bunlar konfrans iştirakçılarında böyük marağ doğurdu. Qeyd edim ki, Azərbaycanın görkəmli türkoloqu İstanbula birbaşa Qazaxıstanın paytaxtı Astana şəhərindən gəlmişdi. Astana şəhərində bir müddət əvvəl “Türkdilli xalqlar ədəbiyyatında tərbiyə məsələləri” adlı kitabın təqdimat mərasimi keçirilmiş və Əbülfəz müəllim də həmin məclisə dəvət edilibmiş. Həmin kitabda “Azərbaycan ədəbiyyatında tərbiyə” adlı sanballı yazını hazırlayan professor Əbülfəz Amanoğludur.

Naxçıvan Dövlət Universitetinin dosenti Əbülfəz Əzimlinin çıxışı da maraqla qarşılandı. Əbülfəz müəllimin məruzəsi Şumer şairi Enlil İsme Dağan şeirlərində səs nizamının təhlilinə həsr olunmuşdur. Məruzədə istər sait səslərin, istərsə də samitlərin ahəngdarlığı və güclü bir ritm yaratmasından, harmoniyasından danışıldı. Məruzənin səs nizamının çeşidli növləri ilə bağlı mülahizələri böyük diqqət doğurdu.

Azərbaycandan gələn qonaqlardan ilk çıxış edən isə professor Siyavuş Dadaşov oldu. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Siyavuş müəllimin məruzəsi “Türk miniatür sənətində görsel hafizənin (göz yaddaşının) xüsusiyyətləri” mövzusunda idi. Oktyabrın 1-də Memar Sinan salonunda gerçəkləşən bu məruzə mütəxəssislərin böyük marağına səbəb olduonlar tərəfindən müsbət qarşılandı. Qeyd edim ki, hər iclasın sonunda məruzəçilərə həm sual verilir, həm də mövzular ətrafında disput (tartışma) keçirilir, fikir mübadiləsi aparılırdı.

Bakı Slavyan Universitetinin dosenti, fəlsəfə doktoru Nuridə Novruzovanın məruzəsi əski türk mətinlərində, o cümlədən “Dədə Qorqud” dastanlarında qabarıq şəkildə özünü göstərən sevgi və nifrət qavramlarının bədii ifadəsi mövzusunda idi. Məruzədə bu qavramların alqış dualar və bəd dualar şəklində ifadə olunması konkret nümunələr gətirməklə açıqlandı. Nuridə xanımın məruzəsi Universitetin Yunus İmrə salonunda Muhan Bali və Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilən oturumda (iclasda) baş tutdu.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Vahid Zahidoğlunun (Adilovun) məruzəsi konqresin ikinci günündə (2 oktyabr) tutumuna görə böyük olan Bilge Kağan salonunda oldu. “Şəcərəyi-Tərakimə” əsərinin mətnindəki ayrı-ayrı söz və ifadələrin indiyə qədər qəbul edilmiş formalarından fərqli şəkildə oxunuşları üzərində qurulan bu məruzə, həqiqətən, yeniliyi ilə seçilirdiböyük maraq doğururdu. Qeyd edim ki, Vahid Zahidoğlu uzun illərdir ki, oğuzların ana kitabı “Dədə Qorqud” dastanlarındakı işlənən ayrı-ayrı söz və ifadələrin düzgün oxunuşu üzərində çalışır və bu sahədə tanınmış türkoloq alimlərdən sayılır. Türkiyədə bu sahədə çalışan görkəmli dilçi alimlərdən professor Osman fikri Sərtkaya öz çalışmalarında Vahid Zahidoğlunun müəyyən sözlərin düzgün oxunuşu ilə bağlı fikirlərinə dəstək vermişonlardan bəhrələnmişdir. Təsadüfi deyil ki, konqresin gedişi zamanı professor Sərtkaya yenicə çapdan çıxmış məqalələr toplusu kitabını digər tanınmış türkoloq alimlərlə yanaşı, böyük minnətdarlıqla həmyerlimizə də bağışladı. Qeyd edim ki, Vahid Zahidoğlunun bu məruzəsi böyük maraq doğurduğundan onun üçün əlavə vaxt ayrıldı və həmyerlimiz çoxsaylı sualları cavablandırmalı oldı.

Digər bir həmyerlimizin çıxışı da konqres iştirakçılarının böyük marağına səbəb oldu. Bu, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru dosent Səadət Şıxıyevanın məruzəsi idi. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi haqqında dəyərli araşdırmalar aparan Səadət xanımın məruzəsi Azərbaycan türkcəsinə çağatay dilinə məxsus sözlərin keçməsində Divan ədəbiyyatının roluna həsr olunmuşdu. Məlum olduğu kimi, çağatay ədəbiyyatının ən böyük nümayəndəsi olan böyük özbək şairi Əlişir Nəvainin Azərbaycan ədəbiyyatına güclü təsiri olmuşdur. Azərbaycan şairlərindən Nemətullah Kişvəri, Sadiq bəy Əfşar və Məsihi yaradıcılığında bu təsir daha qabarıq şəkildə özünü göstərir. Bu təsir, təbii olaraq, son nəticədə çağatayca olan ayrı-ayrı söz və ifadələrin Azərbaycan türk ədəbi dilinə yol tapmasına gətirib çıxarmışdır. Səadət xanımın çıxışı da məhz sözügedən məsələ üzərində köklənmişdir ki, bu da türkdilli xalqlar arasında dil əlaqələri tarixinin qədimliyini və dərinliyini sübut edir.

Azərbaycandan gələn elm adamları və araşdırıcılardan fəlsəfə doktoru Könül Əsədli, Rüxsarə Quliyeva, Aynur Məmmədova və Anar Rüstəmovun çıxışları da maraqla qarşılandı. Bu sətirlərin müəllifinin çıxışı orta əsrlər Azərbaycan tərcümə əsərləri və onların dil özəllikləri mövzusunda idi. Memar Sinan salonunda keçirilən bu iclasa professor Mustafa Arqunşah həmsədrlik edirdi. Məruzədə XV-XVI yüzilliklərə aid Azərbaycan-Türk tərcümə əsərlərindən Vəli Şirazinin “Gülşəni-raz”, Əhmədi Təbrizinin “Əsrarnamə”, Nişatinin “Şühədanamə” “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsərlərinin səciyyəvi dil xüsusiyyətləri üzərində dayandım. Çıxışının sonunda məruzələri dəyərləndirən professor Arqunşah qeyd etfi ki, klassik Azərbaycan-Türk tərcümə əsərləri üçün səciyyəvi olan bu cəhətlər eynilə osmanlıca mətnlərində qabarıq şəkildə özünü göstərməkdədir. Qeyd edim ki, bu məsələ bütün konfrans boyu xüsusi olaraq vurğulandı gələcək müştərək araşdırmalar üçün bir işarə zəmin rolunu oynadı. Ümumiyyətlə, bu cür toplantıların ən böyük əhəmiyyəti müxtəlif ölkələrdən olan alimlər arasında əlaqələr qurmaq, onları müəyyən bir ortaq istiqamətə yönəltmək, müştərək araşdırmalar aparmaqdır. Hesab edirəm ki, VIII Millətlərarası Türkoloji Konqres bu hədəf məqsədə çatmaq yolunda mühüm bir addım oldu. Toplantının sonunda konqresin dəyərləndirilməsi ilə bağlı çıxışlarda onun böyük əhəmiyyət daşıması qeyd olundu bir sıra təklif tövsiyələr səsləndirildi. Ümumiyyətlə, VIII Millətlərarası Türkoloji Konqres türkologiyanın müxtəlif sahələri üzrə gələcək səmərəli araşdırmalar üçün yeni-yeni üfüqlər açılmasına imkan verən möhtəşəm bir elmi məclis kimi yadda qaldı biz İstanbuldan böyük təəssüratla doğma Bakıya döndük.

 

Möhsün NAĞISOYLU

Filologiya elmləri doktoru, professor

 

Ədəbiyyat qəzeti.- 2013.- 6 dekabr.- S.4.