Yasif Mirzə oğlu Nəsirovun dissertasiya
işi görkəmli Azərbaycan yazıçısı Cəlil
Məmmədquluzadənin bədii nəsrinin, daha doğrusu,
"Danabaş kəndinin əhvalatları" əsərlər
silsiləsinin təhlilinə həsr edilmişdir. Məlum olduğu kimi, C.Məmmədquluzadə bu əsərlərdə
Azərbaycan kəndinin və kəndlilərinin, həm də
müəyyən mənada bütün müsəlman Şərqinin
vəziyyətini təsvir edib.
Müəllifin parlaq, zəngin boyalarla və
ürək arğrısı ilə yaratdığı bu əsərlər
ədəbiyyat tariximizdə geniş şöhrət
tapmışdır. Onlar bizim tənqidçi, ədəbiyyatşünas
və ədəbiyyat həvəskarlarının diqqətini
cəlb etmişdir.
…Dissertant həmin əsərlərin ideya məzmununu,
eləcə də böyük ədibin bədii sənətkarlıq
xüsusiyyətlərini hərtərəfli öyrənmişdir.
… Məsələyə dair tarixi mənbələrə
istinadla müəllif ayrı-ayrı alim və tənqidçilərin
mülahizələrinə yaradıcı yanaşır,
mövzunun tədqiqi tarixi barədə şəxsi fikrini
söyləyir.
Səmərəli zəhmətin nəticəsi
olan dissertasiya işi C. Məmmədquluzadə
yaradıcılığının tədqiqi və öyrənilməsi
sahəsində gənc alimin müvəffəqiyyətidir.
Mir Cəlal
Paşayev
Elmi rəhbər,
Azərbaycan Dövlət Universitetinin
Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının müdiri,
əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor
Yasifi tələbə olduğu illərdən
tanıyıram. Beş il Dövlət
Universitetində ona dərs demişəm. Ən
sevimli, seçilən tələbələrimdən idi.
Hələ tələbə olarkən çap
etdirdiyi hekayə və məqalələrini,
kitabçalarını oxuyarkən onun gələcəkdə
gözəl bir yazıçı və alim olacağına
ürəkdən inanırdım. İllər
keçdi. Qənaətim doğru
çıxdı, minlərlə oxucunun sevimlisi oldu.
…Onun cavan yaşlarında işlədiyim kafedrada
böyük ədibimiz Cəlil Məmmədquluzadədən
etdiyi namizədlik dissertasiyası hamımızın xoşuna
gəlmişdi.
Yasifin başqa bir keyfiyyətini də qeyd
etmək istəyirəm. O, uzun zaman DTK-da rəhbər işdə
çalışıb. Həmin illərdə
çoxlu ziyalılarımızı ölümdən, şərdən,
böhtandan xitam etmişdir. Yüzlərlə
insanlarımızın üzərinə işıq
salmışdır. Onlardan biri də mənəm.
Əgər Yasif olmasaydı, mən
bugünkü Bəxtiyar olmazdım. Mən
bu günüm üçün ona minnətdaram.
Bəxtiyar
VAHABZADƏ
xalq
şairi, akademik
Ədəbiyyat qəzeti.-
2013.- 13 dekabr.- S.7.