Berlində Azərbaycanın
xalq şairi
Nigar Rəfibəylinin 100 illik
yubileyinə
həsr olunmuş
ədəbi-bədii gecə keçirildi
Dekabrın 9-da Berlində
Azərbaycanın xalq şairi
Nigar Rəfibəylinin 100 illik
yubileyinə həsr olunmuş
“Uzaq-yaxın tanışlar” mövzusunda ədəbi-bədii
gecə keçirilmişdir. Tədbir Berlin Humboldt
Universitetinin Azərbaycan tarixi
kafedrasının, Avropa Azərbaycanlıları
Konqresinin (AAK), Almaniyadakı Azərbaycanlıların
Koordinasiya Mərkəzinin təşkilatçılığı
və Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) Almaniyadakı nümayəndəliyinin
dəstəyi ilə təşkil edilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının
Almaniyadakı səfiri Pərviz Şahbazov,
Azərbaycan Yazıçılar Birliyinin
sədri, xalq yazıçısı Anar, “Ölkəm” jurnalının redaktoru yazıçı-publisist Günel Anarqızı, alman
alimləri, Azərbaycan və türk diasporunun, o cümlədən
KİV nümayəndələri iştirak
etmişlər.
Ədəbi-bədii
gecəni AAK-ın prezidenti Samirə
Patser-İsmayılova giriş sözü ilə açaraq
qonaqları salamlamış, Nigar Rəfibəylinin
həyat və yaradıcılığı haqqında
danışmışdı. O, Nigar Rəfibəylini
Azərbaycan qadın şairələrindən Məhsəti
Gəncəvi, Xurşidbanu Natəvan ənənələrinin davamçısı kimi qiymətləndirərək, onun Azərbaycan ədəbiyyatındakı rolundan bəhs etmişdir.
Daha sonra Berlin
Humbold Universitetinin Azərbaycan
tarixi kafedrasının rəhbəri professor Eva-Maria Aux Nigar Rəfibəylinin
ailəsi, gəncliyi, yaradıcılığı haqqında
məruzə etmişdir. O, Azərbaycan Xalq Cümhuriyyətinin ilk
səhiyyə naziri Xudadat
Rəfibəylinin və onun qızı Nigar Rəfibəylinin həyatındakı
çətinliklərdən, Stalin
dövründə Azərbaycan ziyalılarının problemlərindən
söhbət açmışdır.
Gecədə Nigar Rəfibəyliyə həsr edilmiş musiqili təqdimat
göstərilmiş, tədbirin birinci
hissəsinin sonunda şairənin şeirlərindən
nümunələr Marina Ştaynhauzer
tərəfindən alman dilində oxunmuşdur.
Tədbirin ikinci hissəsi diskussiya
şəraitindən keçmişdir. “Sizinlə sizsiz – ailədə ənənələr
cəmiyyətin təzahürü kimi” mövzusu ətrafında Berlin
Humbold Universitetinin Azərbaycan
tarixi kafedrasının rəhbəri, professor Eva-Maria Aux, teatr rejissoru
Peter Vittiq, Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar
və AAK-ın prezidenti Samirə
Patser-İsmayılova fikir mübadiləsi
aparmışlar.
Daha sonra xalq
yazıçısı Anarın əsərlərindən parçalar alman dilində
oxunmuşdur.
Xalq yazıçısı Anar
tədbir iştirakçılarının suallarını
cavablandırmış, ədəbi-bədii gecənin təşkilatçılarına
və ARDNŞ-in Almaniyadakı nümayəndəliyinə
təşəkkür etmişdir.
Vüqar
Seyidov
AzərTAc-ın
xüsusi müxbiri
Berlin
Ədəbiyyat
qəzeti.- 2013.- 13 dekabr.- S.4.