Tarix unudulmur, tarix unutmur

         

Tanınmış ədəbiyyatşünas alim, professor Teymur Əhmədovun yaxın günlərdə çapdan çıxmış "Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu" ("Nurlar" nəşriyyatı, 2013) sözügedən elm ocağının 80 illiyinə həsr edilib. Bu maraqlı araşdırmada həmin institutun təşəkkülü və tarixi inkişaf yolu sistemli şəkildə araşdırılır, "ən qədim dövrlərdən bəri xalqımızın yaratdığı şifahi və yazılı ədəbiyyatı toplayan, araşdıran, tərtib və nəşr edən tədqiqatçı alimlərin elmi fəaliyyəti şərh olunur".

Yeni nəşrdə eyni zamanda Azərbaycan milli ədəbiyyatşünaslıq elminin yüksəlişi və dünya ədəbi fikri ilə qarşılıqlı əlaqələri barədə məlumat verilir. Akademik Məmməd Cəfərin fikirləri obyektiv meyar kimi önə çəkilir ki, Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycan ədəbiyyatı tarixi üzərində işlərkən, eyni zamanda, keçmişimizi, fəlsəfi, estetik fikir tarixi, incəsənət, teatr tariximizis. öyrənməli olmuşbu barədə ilk sözüonlar - ədəbiyyatşünaslar demişlər. "Çünki elmin bu sahələri haqqında ümumi şəkildə də olsa, məlumat əldə etmədən, kamil ədəbiyyat tarixi yaratmaq olmazdı. Yeni tarixçilərimiz şərqşünaslarımız, filosof və sənətşünaslarımız yetişənə qədər vəziyyət belə idi".

Müəllif haqlı olaraq qeyd edir ki, ötən əsrin 30-cu illərində institutda işləyən professor Bəkir Çobanzadə, dosent Əli Nazim, Qulam Bağırov, Hənəfi Zeynallı, Əmin Abid, Salman Mümtaz və Həbibullah Səmədzadə kimi ədəbiyyatşünasların çoxcəhətli elmi axtarışları akademik Məmməd Cəfərin bu fikrini bir daha təsdiq edir.

T.Əhmədov Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Mikayıl Rəfili, Həmid Araslı və Cəfər Xəndan kimi görkəmli alimlərin institutun rəhbər vəzifələrinə irəli çəkilmələrini mütərəqqi hal kimi qeyd edir, bu zamandan etibarən Ədəbiyyat İnstitutunun müstəqil inkişaf mərhələsinə qədəm qoymasının tarixi əhəmiyyətini önə çəkir. Vurğulayır ki, az keçməmiş Ə.Abid, H.Səmədzadə, Əli Nazim, Salman Mümtaz, H.Araslı klassik ədəbiyyatın və folklorun öyrənilməsi sahəsində axtarışlarını daha vüsətlə davam etdirirdilər. "Bu dövrdə institutda M.F.Axundzadənin əsərləri (bədii əsərləri, tənqidi məqalələri və fəlsəfi məktubları) üç cilddə M.Arifin, H.Araslının və H.Hüseynovun redaktəsi ilə buraxılmışdı… Mir Cəlalın "Füzulinin poetikası", Cəfər Xəndanın "Sabir" monoqrafiyaları, M.Təhmasibin hazırladığı "Aşığın səsi" toplusu və "Azərbaycan nağılları"nın birinci cildiçap olunmuşdu. "Kitabi-Dədə Qorqud" abidəsi də ilk dəfə işıq üzü görmüşdü. H.Zeynallı bir qrup folklorşünasla Azərbaycanda yaşayan tanınmış el aşıqlarından "Koroğlu" dastanının variantlarını və ayrı-ayrı qollarını yazıya köçürmüşdür".

Professor Teymur Əhmədov haqlı olaraq təqdir edir ki, məhz bu zamandan başlayaraq gənc tədqiqatçılar Şərq aləmində fars şairi kimi tanınan Əfzələddin Xaqani ŞirvaniNizami Gəncəvinin Azərbaycan ədəbi-ictimai fikrinin böyük yetirmələri olduqlarını konkret fakt və dəlillərlə ortaya qoymağa başladılar.

Kitab ulu önldər Heydər Əliyevin dəyərli fikirləri ilə açılır: "Xalqın ümumi zəkasını, ağlını birləşdirən Azərbaycan Elmlər Akademiyası böyük bir sərvətdir… Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir".

Təbii ki, ümummilli liderin bəhs etdiyi həmin çərçivə daxilində Ədəbiyyat İnstitutunun xüsusi tarixi yeri varprofessor Teymur Əhmədov bu yerin gerçək mənzərəsini yeni kitabında kifayət qədər parlaq şəkildə verməyə nail olub.

AMEA-nın prezidenti Akif Əlizadənin kitaba daxil edilən fikirləri də bir daha təsdiq edir ki, 80 illik bir vaxt çərçivəsində Ədəbiyyat İnstitutu Azərbaycan xalqının mənəvi fikir aləminin salnaməsi olan ədəbi-bədii sərvətin araşdırıcısı, həm də hamisi olmuşdur.

Kitabın "elm xadimləri" bölümündə Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə İbrahimov, Məmməd Arif, M.Şirəliyev, M.Quluzadə, K.Talıbzadə, Məmməd Cəfər, Ə.Mirəhmədov, Yaşar Qarayev, Vilayət Quliyev, Məhərrəm Qasımlı, Bəkir Nəbiyev, Teymur Kərimli, İsa Həbibbəyli kimi ədəbiyyatşünaslar haqqında dolğun məlumatlar verilib. Eləcə də ayrı-ayrı şöbələrin fəaliyyəti, burada çalışan insanların fəaliyyəti barədə dəyərli fikirlər səslənib. Bu fikirləri bölmələrdə çalışan elmi işçilərin fotoşəkilləri izləyir.

Yeni nəşrə bu elm ocağında çalışan əməkdaşların müdafiə olunmuş doktorluq, namizədlik dissertasiyalarının və kitablarının siyahısı da daxil edilmişdir.

 

Sərvaz Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.5.