"Bu,
mənim vətəndaşlıq borcumdu"
Müsahibimiz
Sevastopol radiosunun “Qobustan”
proqramının
müəllifi Həbib Əliyevdir
- Həbib müəllim, sizi Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı ölkəmizdən kənarda sevərək təbliğ edən söz adamı kimi tanıyırıq. Azərbaycana hər gəlişinizdə gördüyünüz işlərlə bağlı maraqlı söhbətləriniz olur. Ancaq bugünkü söhbətimizin xüsusi bir özəlliyi var…
- Unudulmaz Məmməd Arazın şerində
haqlı olaraq deyilir ki, vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı. Bir Azərbaycan insanı, söz
adamı kimi qürur duyuram, özümü mənən
rahat hiss edirəm ki, imkanım daxilində vətəndən kənarda
mədəniyyətimizi, ədəbiyyatımızı təbliğ edə bilirəm. Bu, mənim vətəndaşlıq borcumdu. Bu günə qədər Sevastopol
radiosunun Azərbaycan dilində
yayımlanan "Qobustan"
proqramının yaradıcısı və aparıcısı
kimi akademiklər Budaq
Budaqov, Bəkir Nəbiyev, İsa
Həbibbəyli, professorlar Qəzənfər
Paşayev, Məhərrəm
Qasımlı, Əliağa Cəfərov, Fəxrəddin Veysəlli,
görkəmli neft ustası
Xoşbəxt Yusifzadə, xalq artistləri
Arif Babayev, Habil Əliyev, Canəli Əkbərov, Azər
Zeynalov və başqaları haqqında
verilişlər hazırlamışam, Rəsul Rzanın, Məmməd
Arazın, Nüsrət Kəsəmənlinin şeirlərinə
xüsusi yer
ayırmışam. Muğam sənətimizin
təbliği həmişə diqqət mərkzəində olub. Heydər Əliyev fondunun
dəstəyi ilə həyata keçirilən Muğam müsabiqəsinin qalibi
olan gənc ifaçıların lent yazılarının dönə-dönə
səsləndirilməsini özümə borc
bilmişəm.
- Təbii ki, bu günlərdə beynəlxalq müsabiqənin münsiflər heyəti məhz bu fəaliyyətinizi nəzərə alaraq sizi "Gümüş qələm"lə mükafatlandırıb. Bu barədə fikirlərinizi eşitmək istərdik…
-
Müsabiqə oktyabrın 26-da Krımın Sudak
şəhərində keçirildi. İlk mərhələyə dünyanın
müxtəlif ölkələrindən yeddi
yüz jurnalist
qatılmışdı. Onlardan üç yüzü ikinci tura vəsilə
aldı. Nəhayətdə müxtəlif nominasiyalar
üzrə altmış nəfər
mükafatlandırıldı. Radio üzrə Sevastopol
radiosunun "Qobustan"
proqramı qalib gələrək birinci yerə layiq görüldü, münsiflərin yekdil qərarı ilə mənə "Gümüş qələm" medalı və
laureat diplomu təqdim
edildi. Həmin müsabiqəyə
dünyanın 14 ölkəsindən, o
cümlədən Amerika, Rusiya,
İspaniya, Belarus və
Polşadan olan
jurnalistlər qatılmışdı. Sevinirəm ki, bu mükafat
mənə Sevastopol radiosunda
on səkkiz illik səmərəli
fəaliyyətimin nəticəsində verilib.
Bu illər boyu həmişə
Azərbaycan mədəniyyətini, ədəbiyyatını layiqincə
təbliğ etməyə çalışmışam.
Bilmişəm ki, hər kəs öz sahəsində mənsub olduğu
xalqın milli kimliyini
beynəlxalq aləmə tanıtmaq üçün
daha çox, daha vicdanla əmək sərf
etməlidi.
Söhbətləşdi:
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2013.- 20 dekabr.- S.8.