Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət
Universitetinin 90 illik yubileyi
təntənəli
şəkildə qeyd edildi
Dekabrın 19-da
Bakıda Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
(ADMİU) 90 illik yubileyi
təntənəli şəkildə qeyd edilmişdir.
AzərTAc
xəbər verir ki,
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında
keçirilən yubiley tədbirinin
iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək
xalqımızın ümummilli lideri, müasir müstəqil
dövlətimizin memarı və qurucusu
Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə tər
güllər düzülmüşdür.
Yubiley mərasimində hökumət nümayəndələri,
Milli Məclisin deputatları, xarici ölkələrdən gəlmiş qonaqlar, tanınmış elm
və mədəniyyət xadimləri iştirak
etmişlər.
İştirakçılar
ADMİU-nun rəssamlıq fakültəsi
tələbələrinin, eləcə də universitetin
professor və müəllimlərinin
teatrın foyesində sərgilənmiş rəsm nümunələri,
elmi və tədrisi metodik
əsərləri ilə tanış olmuşlar.
Mərasimdə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 1 mart tarixli
Sərəncamı bir daha
diqqətə çatdırılmışdır.
Yubiley mərasimini açan
ADMİU-nun rektoru, filologiya üzrə elmlər doktoru,
professor, əməkdar elm
xadimi Timuçin
Əfəndiyev ölkəmizdə elmə, mədəniyyətə
göstərilən dövlət qayğısından bəhs
etmişdir.
Rektor vurğulamışdır ki, Prezident İlham
Əliyevin Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında müvafiq sərəncamı universitetin kollektivinin böyük sevincinə səbəb olmuşdur. Bu sərəncam ölkəmizdə təhsil sisteminin tərəqqisinə, milli
maarifçilik ənənələrimizin
uğurla davam etdirilməsinə
dövlətimizin başçısı tərəfindən
göstərilən böyük diqqət
və qayğının daha bir əyani təzahürü kimi
yüksək qiymətləndirilmişdir.
Tədbirdə
çıxış edən təhsil naziri
Mikayıl Cabbarov zəngin ənənələrə
malik olan ADMİU-nun şərəfli tarixi
yol keçdiyini və
bu ənənələrin hazırda uğurla davam etdirildiyini söyləmişdir.
Nazir demişdir ki, mədəniyyətimizə, incəsənətimizə
böyük sənətkarlar bəxş etmiş Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin
müasir təhsil sistemimizdəki yeri əvəzsizdir.
Nazir Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin
inkişafı və təbliği istiqamətində həyata
keçirdiyi mühüm
layihələrin əhəmiyyətini xüsusi
vurğulamışdır.
Tədbirdə Prezident İlham
Əliyevin müvafiq sərəncamı
ilə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin fəxri
adlara layiq görülmüş əməkdaşlarına
mükafatlar təqdim edilmişdir.
Bundan əlavə, universitetin
bir qrup əməkdaşına
Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş
nişanı və fəxri fərmanları verilmişdir.
Sonra Timuçin Əfəndiyev
90 illik yubileyini qeyd edən ADMİU-nun tarixi keçmişindən və müasir inkişaf mərhələlərindən
söz açmışdır.
Bildirilmişdir ki,
yarandığı ilk dövrlərdən
etibarən Azərbaycanda mədəniyyət və incəsənətin
müxtəlif sahələri üzrə yüksək
ixtisaslı mütəxəssis hazırlayan bu
ali təhsil ocağı öz
başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı
ilə
yaradılmış Bakı Teatr Məktəbindən
götürür. O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində
təhsil almış, opera səhnəmizin
ilk professional
müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi
və təşəbbüsü ilə fəaliyyətə
başlamış bu sənət məktəbi
böyük inkişaf
yolu keçmişdir.
Məktəbdə ilk illərdən
başlayaraq dərs demiş
və onun inkişafında xidmətləri
olmuş sənətkarlardan Əbdürrəhim
bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Mirseyfəddin
Kirmanşahlı, Aleksandr Tuqanov
və başqalarının adları xüsusi
qeyd olunmalıdır. 1926-cı ildə
ilk
buraxılışı olan Teatr Məktəbinin məzunları
arasında Fatma Qədri, Hacıməmməd Qafqazlı,
sonrakı illərdə Əfrasiyab Bədəlbəyli,
Ələsgər Ələkbərov, Ələsgər Şərifov,
Gülxar Həsənova, Nəsibə Zeynalova kimi görkəmli
sənətkarlar olmuşlar.
Həmin dövrdə
Bakı Teatr Məktəbi təkcə Azərbaycan
deyil, Özbəkistan, Türkmənistan,
Dağıstan, Krım və digər regionlar
üçün də aktyor
və rejissor kadrları
hazırlayırdı.
ADMİU-nun keçdiyi tarixi yola nəzər salan rektor demişdir
ki, 1945-ci ildə Bakı Teatr
Məktəbinin bazasında Teatr İnstitutu yaradılmışdır. Burada rejissorlardan Adil İsgəndərov,
Mehdi Məmmədov, Məhərrəm
Haşımov, aktyorlardan Hacağa
Abbasov, Kazım Ziya,
İsmayıl Dağıstanlı, Müxlis
Cənizadə, nəzəriyyəçi alimlərdən
Mikayıl Rəfili, Əli Sultanlı, feyzulla
Qasımzadə, Əkbər Ağayev və
başqaları dərs demişlər.
İnstitutun məzunu olmuş
görkəmli sənət xiridarlarından söz
açan T.Əfəndiyev bu
ali təhsil ocağının Azərbaycan
mədəniyyətinə, incəsənətinə, təsviri
sənətinə bəxş etdiyi böyük sənətkarların bir çoxunun hazırda
ayrı-ayrılıqda bir məktəb olduqlarını söyləmişdir.
Bildirmişdir ki, 1968-ci ildə bu ali təhsil
ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılmış və tədris
sahəsində yeni dərslik və dərs
vəsaitləri, proqramlar
hazırlanmışdır. Respublika
teatrları üçün kadr hazırlığı ildən-ilə
genişləndirilmişdir. Sonrakı illərdə aspirantura yolu ilə kadr hazırlığına xüsusi
diqqət yetirilmişdir. Müəllimlər
keçmiş SSRİ-nin
müxtəlif ali təhsil ocaqlarında
ixtisasartırma və təkmilləşdirmə kurslarında
təcrübə keçmişlər. İnstitutun
yetirmələri olan mərhum aktyorlar Səməndər Rzayev,
Hamlet Xanızadə, Mikayıl Mirzə bu ali təhsil
ocağına müəllim kimi işə
cəlb edilmişlər.
1991-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
universitet statusu
qazandığını vurğulayan natiq son illər bu ali təhsil müəssisəsində
baş verən yeniliklərdən və əldə
olunmuş uğurlardan
danışmışdır.
Qeyd edilmişdir ki, hazırda ADMİU-da 7
fakültə, 31 kafedra fəaliyyət
göstərir, 40-dan artıq ixtisas və
ixtisaslaşmalar üzrə kadr hazırlanır. Təhsil sahəsində
dövlət siyasəti prinsiplərinin ardıcıl olaraq həyata keçirilməsi, bu sahədə milli
ideologiyanın tətbiqi, Bolonya təhsil
sisteminə keçid - bütün
bunlar ali təhsilin
inkişafı üçün geniş imkanlar
açmışdır. Artıq universitetin
diplomları beynəlxalq aləmdə tanınır ki, bu da
son vaxtlar qazanılan
nailiyyətlərimizin əsas göstəricilərindən biridir.
Rektor demişdir ki, universitetimiz
dünyanın bir çox
ölkələrinin ali təhsil, elm və mədəniyyət müəssisələri
ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək
kifayətdir ki, ADMİU 22 xarici
ölkənin 53 ali məktəbi ilə əlaqə
yaratmışdır. Bu ali
məktəblərdən 25-dən çoxu
ilə əməkdaşlıq müqaviləsi
imzalanmışdır.
Universitetin uğurlarından söz
açan rektor demişdir ki, son illər tələbələrimiz bir çox beynəlxalq
müsabiqələrin, festivalların
iştirakçısı olmuş,
müxtəlif mükafatlara layiq görülmüşlər.
ADMİU-da fəaliyyət göstərən
fakültələrdə çalışan
respublikamızın görkəmli sənət adamlarının,
incəsənət xadimlərinin əməyini yüksək
qiymətləndirən T.Əfəndiyev burada
yaradılan yeni ixtisas
şəbəkələrindən, ali təhsil
ocağının həmişə
yeniliyə açıq olmasından
danışmışdır.
Diqqətə
çatdırılmışdır ki, son beş ildə ADMİU-da 49 monoqrafiya, 53 dərslik,
70 dərs vəsaiti, 260 proqram və metodiki göstəriş nəşr edilmişdir.
Əməkdar
elm xadimi Timuçin Əfəndiyev demişdir
ki, universitetimizin
professor-müəllim heyəti dövlətimizin böyük qayğı və diqqətinə
cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri
səviyyəsində qurulması, Azərbaycan təhsilinin
dünyanın qabaqcıl təhsil sisteminə hərtərəfli inteqrasiya
olunması üçün bundan sonra da
var qüvvəsi ilə
çalışacaq, dövlətçiliyimizin, milli maarifçilik
strategiyasının inkişafına tükənməz fədakarlıq
və sədaqətlə xidmət edəcəkdir.
Mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev təmsil etdiyi nazirliyin rəhbərliyi
adından əlamətdar yubiley münasibətilə
universitetin kollektivini
təbrik etmişdir.
Tədbirdə
Avropa İncəsənət Universitetləri
Liqası baş direktorunun
müavini, professor Şelte van Ruyten, Türkiyənin Harran
Universitetinin rektoru, professor İbrahim Xəlil
Mutlu, Moskva Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Tatyana Kuznetsova, Gürcüstanın İliya
Dövlət Universitetinin İncəsənət üzrə
Araşdırmalar İnstitutunun direktoru, professor Levan Xetaquri, Bakı
Dövlət Universitetinin rektoru,
akademik Abel Məhərrəmov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı, akademik Ömər Eldarov,
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil
komitəsinin sədri Şəmsəddin
Hacıyev, Milli Məclisin sədrinin birinci müavini Ziyafət
Əsgərov və başqaları çıxış edərək
ADMİU-nun 90 illik yubileyi münasibətilə təbriklərini
səsləndirmiş və bu ali təhsil ocağının rektoruna
hədiyyələrini təqdim etmişlər.
Yubiley tədbirində xarici
ölkələrin və Azərbaycanın bır sıra ali təhsil ocaqlarının, görkəmli mədəniyyət
xadimlərinin təbrik məktubları oxunmuşdur.
Mərasimdə ADMİU-nun bir qrup əməkdaşına Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin fəxri
fərman və pul mükafatı təqdim
edilmişdir.
Sonra universitet kollektivi adından Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Mərasim universitetin tələbələrinin hazırladıqları
bədii proqramla davam etmişdir.
Ədəbiyyat qəzeti.- 2013.- 20 dekabr.- S.6.