Olum, ölüm haqq işidir,
O da gözəl,
bu da gözəl.
Yarın yara
can borcu var,
Yar
bağrımı, buda,
gözəl.
Sığmır səbətə
hər çiçək,
Tər
çiçəyin özü
gerçək.
Söz də
zamanında göyçək,
Aynasında
buta, gözəl.
Əsgəroğlu, eşqimdi şah,
Şahələnib
budaq-budaq.
Qüdrətdən çəkilib bu dağ,
Könlümcədir
bu dağ, gözəl.
***
Mən gedirəm, Allah bilir,
Bir
də nə vaxt qayıdacam.
Susmaz könlüm
bu eşq ilə,
Demə,
nahaq qayıdacam.
Umud gəlir axın-axın,
Sinəm
güldü, yarın
baxın.
Bəlkə sabahdan
da yaxın,
Bəlkə sabah qayıdacam.
Əsgəroğlu, gəz bu halnan,
Öl-ölənnən, qal-qalannan,
Qoy sözünü kəsim balnan,
Nəymiş
günah, qayıdacam.
***
Sözün özü güldü,
balam!
Ruzigar əssə,
solmaz ki…
Bu ömür beş gündü, balam!
Beşi də
qara olmaz ki…
Umudlar sabaha
uyar,
Barsız
şair qəm budayar.
Bağrı tıncıxan
quyular,
Su tökmək ilə
dolmaz ki…
Durdum üz-üzə
fələknən
Mən
qələmnən, o lələknən.
Bəyaz donlu
bir mələknən
Gəlib canımı
almaz ki…
Əsgəroğlu,
olur nələr?
Yazılar
qanlı namələr.
Binası küskün
xanələr,
Düzlənər, izi qalmaz ki…
***
Ötər ruzgar acı-acı,
Özündən
ötürmə məni.
Karvan-karvan yüküm
bəlli,
Körpülər
götürməz məni.
Şahə qalxar
and-amanlar,
Silkələnər
xanimanlar.
Sinəmi didər
aslanar,
Tülkülər
bitirməz məni.
Köçündən yayınan quşun
Köksündə
dayanar qurşun.
Çinar kimi
şah duruşum
Diz
üstə gətirməz
məni.
Əsgəroğlu, ölüm yalan,
Bu söz ki, çürüməz, balam!
Dan yerində sevdalanan,
Sabahlar
itirməz məni.
***
Yaxına,
uzağa can deyən dostam,
Canımdan vurulsam,
qəm yeyən
dostam.
Çox gəzib-arama,
sən deyən dostam
Ömür
təşnəsidir bu
yol - bu yolaq.
Oğlum, gəl
dost olaq!
fələyin can üzən səksəkəsindən,
Düşdüm
bəlaların lap yekəsindən.
Tanrı qismətinin
bir tikəsindən,
Sevgi daşımışam
mən qucaq-qucaq,
Oğlum, gəl
dost olaq!
Səngərdir, qaladır
düşmən çəpərin,
Daşı
dəlib keçər
zorun, təpərin.
Baldan şirin
olur barın, bəhərin,
Müqəddəs türbədir bu ana torpaq,
Oğlum, gəl
dost olaq!
Bir inam körpüsü
yarada bilsən,
Görərsən
mininə imansan, pirsən.
Düz olsan
əyrini haqnan kəsərsən,
Haqqın dərgahıdır
son dayanacaq
Oğlum, gəl
dost olaq!
İlahi yazıdır,
sultandır qələm,
Yananı
ürəkdir, amanı
kərəm.
Kişilik dediyin
başqa bir aləm,
Şükranə deyilmi
bu od,
bu ocaq?
Oğlum, gəl
dost olaq!
Birinə könül
ver, göz üstə saxla,
Günün
arzuları ötür
sabahla.
Baş-başa dayanıb
bu səcdəgahla,
İnsanlıq eşqinə
mayak ol, mayak,
Oğlum, gəl
dost olaq!
Dedilər, kişi ağlamaz…
İblisindən xeyir
görüb,
Şeytana
bel bağlamadım.
Dostdan bəla
gəldi, gülüm,
Öpdüm,
qonaq saxlamadım.
Dərd əritdi
gələn dərdi,
Yaxın
baxdı, qardaş güldü.
Yad mənə sevgi göndərdi,
Azdı,
çoxdu, yoxlamadım.
Vurdu könlümü qara yaz,
Tutdu
sözüm, inlədi
saz.
Dedilər, kişi ağlamaz,
Kişi
olub ağlamadım.
Ədalət Əsgəroğlu
Ədəbiyyat qəzeti.- 2013.-
27 dekabr.- S.8.