Yeni tapılan “Divan”

Nizami Gəncəvinin deyil

 

Azərbaycan Milli Elmlər Akademiyasının

Nizami adına Ədəbiyyat İnstitutunda

     

İki ilə yaxın bir müddətdə ədəbi dairələrdə xalq arasında söz-söhbəti gəzənNizami Gəncəvinin türkcə divanıhaqqında problemə aydınlıq gətirilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyevin 2 yanvar 2004-cü il tarixli əmri ilə yaradılmış komissiya İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Teymur Kərimlinin sədrliyi ilə “Divan” üzərində araşdırma aparmış həmin araşdırmanın nəticələri barədə bu günlərdə öz yekun iclasını keçirmişdir. Komissiyanın sədri T.Kərimli məsələ haqqında ümumi məlumat verdikdən sonra XV əsr türk şairi Nizami Qaramanlının 1974-cü ildə Ankarada altı mötəbər əlyazması əsasında tərtib nəşr edilmiş divanını nümayiş etdirmiş Nizami Gəncəvinin adına Tehranda nəşr olunmuş qəsidələrin hamısının həmin kitabda olduğunu göstərmişdir.

Komissiya üzvlərindən AMEA-nın müxbir üzvü, professor Azadə Rüstəmova, tarix elmləri doktoru, professor Seyidağa Onullahi, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Məmməd Adilov, filologiya elmləri namizədi Çingiz Sasani öz çıxışlarında göstərmişlər ki, 2003-cü ildə Misirin paytaxtı Qahirə şəhərinin Xədiviyyə Kitabxanasında Nizami Gəncəvinin adına qeydiyyatdan keçmiş türkcə əlyazması tapılmışdır. İlk yanlışlıq da elə məhz bu qeydiyyat prosesində baş vermişdir. Əlyazmanı tapan iki nəfər Cənubi azərbaycanlı alim keçən ilin yayında Tehranda divanı çap etdirmişlər.

HəminDivan”da elə beytlər vardır ki, Nizami GəncəvininXəmsə”sindəki beytlərəxüsusiləLeyli Məcnun”, “Xosrov ŞirinYeddi gözəl”dəki beytlərə, şairin qəsidələrinə çox uyğun gəlir. Buna görə iranlı araşdırıcılar əvvəlcə elə güman etmişdilər ki, əlyazma həqiqətən Gəncəli Nizaminin qələmindən çıxmışdır. Lakin Nizami Qaramanlının türkcəDivan”ı meydana çıxdıqdan sonra həmin əlyazmanın XV əsr türk şairinə aid olduğuna heç bir şübhə yeri qalmadı. OnunDivan”ında, əlyazmada olduğu kimi, əvvəl qəsidə, sonra farsca qəzəl, sonra türkcə qəzəl gəlir. Bu şair təxəllüsünü Nizamidən götürüb. Onun Nizami Gəncəviyə böyük məhəbbət bəslədiyi açıq-aydın hiss olunur. Klassik şairlərdə sələflərinə dönə-dönə müraciət etmək bir növ dəb halını almışdır.

Komissiya üzvləri göstərdilər ki, türk şairininDivan”ı əldə edilməmişdən öncə onlarda bu şeirlərin Nizami Gəncəviyə məxsusluğu barədə şübhələr böyük idi. Bu əlyazmada elə ifadələr, elə mədhiyyələr var ki, Nizami Gəncəvi heç bir zaman belə kiçilməzdi, bu cür müraciətlər etməzdi. Nizami Gəncəvinin əsərlərində Sultan Səncərə daim mənfi münasibət olub. Burada isə əksinədir. Bu əlyazma başdan-başa mədhiyyədir. Əlyazmada adı çəkilmiş tarixi şəxsiyyətlər Nizami Gəncəvinin dövrünə aid deyil. Burada XV əsr Qaramanlı bəyi Pir Əhmədin, Sultan Məhməd Fatehin başqalarının adları keçir. Nizami GəncəvininXəmsə”sində aşkar edilmiş türk sözlərinə burada rast gəlinmir. Əlyazmada monqol dilindən türk dilinə keçmiş sözlər var. XV əsrdə yaşamış türk şairi Nizami Qaramanlı şeirlərini Nizami Gəncəvinin şeirlərinə bənzətməyə çalışıb ki, bu da nizamisevərləri çaşbaş salmışdır.

Əlyazmadakı şeirlərin bədii intellektual səviyyəsi Nizami Gəncəvi şerindən çox-çox aşağıda durur. Bu əlyazmadakı şerlər Nizami Gəncəviyə ruhən yaddır, məhz XV əsrdə yaşamış türk şairi Nizami Qaramanlıya aiddir.

Komissiya üzvləri analoji mübahisələrin hələ keçən əsrin 20-ci və 50-ci illərində qaldırıldığını, lakin müsbət nəticə əldə olunmadığını da qeyd etmişlər.

Komissiya üzvləri belə qərara gəlmişlər ki, Misirin Qahirə şəhərinin Xədiviyyə Kitabxanasında tapılan əlyazma böyük Azərbaycan şairi Nizami Gəncəviyə aid deyil. Bundan sonra klassiklərimizə aid yeni tapıntılara diqqətlə yanaşmaq, hər bir tapıntını, deyilən fikri əvvəlcə çox dərindən incələyib, sonra mətbuat səhifələrinə çıxarmaq, elmi obyektivliyi sensasiyaya qurban verməmək tövsiyə edildi.

İnstitutun direktoru akademik Bəkir Nəbiyev komissiyanın gərgin və səmərəli fəaliyyətini qeyd edib, çoxdan bəri davam edən mübahisələrə artıq son qoyulduğunu dedi. Klassik irslə bağlı məsələlərdə emosiyaya qapılmağın, tez-tələsik, ölçüb-biçmədən, götür-qoy etmədən, dəqiq aydınlaşdırmadan hökm verməyin zərərli olduğunu vurğuladı, bütün komissiya üzvlərinə İnstitutun rəhbərliyi adından təşəkkürünü bildirdi.

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S.3.