Abdulla Tofiq Surun
son şeri
XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının tanınmış
simalarından biri də Abdulla
Tofiq (Sur) Məhəmmədzadədir.
O, dövrünün tanınmış ədəbiyyatşünası,
tənqidçisi və romantik şairi kimi məşhur idi. A.Tofiq Sur
Gəncədə doğulmuş (1883), ilk təhsilini doğma
şəhərdə almış, sonra təhsilini
İstanbulda tamamlayaraq,
Gəncə Ruhani mədrəsəsində
müəllim isləmişdir. Bundan başqa o Şərqi Rus, Günəş qəzetlərində də
çalışmış, Füyuzat, İrşad, Tərəqqi
və s. mətbuat orqanları ilə
yaxından əməkdaşlıq etmişdir.
A.Surun romantik ruhlu mənsur
şeirlər, klassik və çağdaş (XX əsrin əvvəlləri)
ədəbiyyata dair dərin məzmunlu elmi məqalələrlə yanaşı, Türk ədəbiyyatına bir
nəzər adlı üç cilddən
ibarət ədəbiyyat tarixi
yazdığı haqda məlumatlar və faktlar vardır. Lakin ədəbiyyat, mədəniyyət
və pedoqoji sahədə göstərdiyi
çoxşaxəli,səmərəli fəaliyyətlə
yanaşı, kiçik
qardaşının vərəmə tutulması ilə
bağlı ailədə (evdə) olan
müxtəlif maddi-mənəvi-psixoloji gərginlik A.Surun səhhətində ümumi
yorğunluq və fəsadları
tezliklə üzə çıxacaq problemlərsiz
ötüşmədi. Bu haqda
o, 1909-cu ildə dostlarından birinə
göndərdiyi məktubunda yazmışdı: Tənbəllik
ilə qarışıq bir damaq yorğunluğu. Bu günlər mədrəsədə işimiz pək çox,
həm də pək zor... Xüsusən dərslərimizdə
bu məşğuliyyət
qarşılığından sonra adəta
bir odun
parçası kimi... kəsiliyorum. Evə
gedib, otağıma çəkildiyində
çul kibi ya yatağa, ya da qoltuğa
sərilməkdən başqa bir şeyə iqtidarım qalmıyor.
Bu yorğunluqlara kiçik qardaşımın vərəm
yatağında doqquz aydan
bəri inlədiyini də düşündüyüm
dəqiqələr artırılsa, nə halda
bulunacağımı bir qədər ləbsə
təyin edə biliyorsunuz.
Burada həyatım pək kədərəngiz
keçiyor!.. Təsəlli bula biləcək cəhət, bir
çöhrə görmüyorum. Həyatımın
bu sitəmlərinə qarşı bən
nə yaparam, bilmiyorsunuz!..
Çox keçmir ki, Abdulla Sur
özü də xəstələnir. Bu haqda Abdulla
Şaiqə göndərdiyi 1 may 1910-cu il tarixli məktubunda məlumat
verərək yazırdı ki, xəstəliyim
qatar kişaqdır (kor
bağırsaq iltihabı - A.B.). O, 20 gündən sonra cərrahiyyə əməliyyatı
olunacağını da bildirirdi.
Sonra əlavə edirdi
ki, Bakalım, pıçaq altından
nasıl çıxacağam.
A.Sur birinci dəfə
bıçaq altından salamat
çıxsa da, tam
sağalmayır... Can ağrıları ona dinclik vermirdi...
Nəhayət, üçüncü
dəfə cərrahiyyə masasına uzanmalı olan Abdulla Surun
sağalmaq ümidi
tamamilə sönmüşdü. Bu haqda dostlarından
Əli Əkbər imzalı bir nəfər
Suru unutmayınız (Açıq söz qəz., 31 may 1916)
başlıqlı məqalə-xatirəsində belə
yazmışdır:
...Üçüncü
dəfə əməliyyatie-cərrahiyyəyə məruz
qalacağı sırada diriliyindən əl üzərək
mərhumun (A.Tofiq Surun
- A.B.) yazmış olduğu bir mənzumə:
Bari şeri-rəvan olub
da canan,
Keçməzmi
bu kölgədən xuraman.
Ey dilbəri-mehriban, zühur et,
Ömrüm kibi
aksizin mürur et!
Bağlayıb fəzayə
bər xətur et!
Afaqını ləmhə-ləmhə
nur et!
Bin noheye -can içində
bərcuş
Gəldim bu
qərib yurda mədhuş!..
Fəryadımı yoxmu dinləyən bir quş?..
Yarəb,
bu nasıl cahəni xamuş?
Barı Yox!.. deyəcək səda da yoxmuş...
A.Sur bu son şerində
taleyindən, ömrünün
əziyyətlər içərisində
keçməsindən bu
ağır günlərdənsə
cananın barı bir şeri-rəvan kimi süzərək qarşısından keçməsinin
həsrətini çəkən
qəhrəman dilbəri-mehribanı
zühur etməyə...
çağırır. Ancaq
təəssüf ki, bu cahanda onun
səsini dinləyən
sədasına əks-səda
verən bir quş, bir kimsənə
belə olmadığına
darılaraq, dünyanın
susqunluğuna, heç
olmasa Barı Yox!.. deyəcək sədanın belə
eşidilmədiyinə etiraz edir.
Bu can çəkişmələri,
ruhi çırpıntılarla cərrahiyyə
masasına uzadılan Abdulla Tofiq Surun ürəyinə
damanlar, təəssüf ki,
doğru çıxdı; o, 8 may 1912-ci ildə
Tiflisdə, xəstəxanada gözlərini əbədi olaraq yumdu - əbədiyyətə
qovuşdu.
Abdulla Tofiq Surun
vəfatı təkcə ədəbi və elmi
deyil, bütövlükdə geniş ictimaiyyət tərəfindən sonsuz kədərlə
qarşılanmışdır. Mətbuat materiallarından göründüyü kimi,
onun dəfni də izdihamlı və təntənəli
keçmiş, cənazəsi üzərində
yanıqlı nitqlər,şeirlər səslənmişdir. A.Surun xatirəsi sonraki illərdə
də Gəncə Ruhani mədrəsəsi
kollektivi və ədəbi-mədəni
ictimaiyyət tərəfindən hörmət və ehtiramla yad edilmişdir.
Əsl vətəndaş
alim, şair, publisist və pedaqoq olan Abdulla Tofiq
(Sur) Məhəmmədzadənin poetik və elmi publisistik irsi öz dəyərini saxlamaqdadır.
Alxan Bayramoğlu
professor
Ədəbiyyat
qəzeti.- 2013.- 27 dekabr.- S.8.