Nəzakət
Əzizova
Amansız ölüm
istedadlı qələm yoldaşımız Nəzakət
Əzizovanı aramızdan apardı.
Nəzakət Məhərrəm
qızı Əzizova 1952-ci il sentyabr ayının 7-də
Şərur rayonunun Çərçiboğan kəndində
anadan olmuşdur. Burada 8 illik məktəbi, Şərur qəsəbəsində
orta məktəbi bitirib 1969-cu ildə Bakıda tikiş
fabrikində əmək fəaliyyətinə
başlamışdır. 1972-1979-cu illərdə Bakı
Dövlət Universitetinin filologiya fakültəsində təhsilini
davam etdirmişdir. Eyni zamanda MEA-nın Mərkəzi Elmi
Kitabxanasında, 2007-ci ildən ömrünün sonuna kimi
Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi
işçi vəzifəsində
çalışmışdır. filologiya elmləri üzrə
fəlsəfə doktoru idi. Ədəbi fəaliyyətə
orta məktəb illərində başlamışdır.
İlk mətbu şeri 1969-cu ildə «Şərq
qapısı» qəzetində dərc olunmuşdur.
«Könlümün yükü», «Gözlərimin
günahı», «Bənövşəli görüşlər»,
«Yarı yuxuda gördüm», «Hüseyn Cavid
yaradıcılığında insan, iblis, Tanrı»,
«Hüseyn Cavid dramaturgiyasında qadınların tipləri və
Cavidin məhəbbət konsepsiyası», «Nağıllar, hikmətlər,
yuxu yozmaları», «Romantizm» kitablarının müəllifidir.
İstedadlı qələm
yoldaşımız, səmimi təvazökar insan Nəzakət
xanım Əzizovanın işıqlı xatirəsi qəlbimizdə
yaşayacaqdır.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2013.- 27 dekabr.- S.8.