Azərbaycan Texniki Universitetində xalq
şairi
Məmməd Arazın anadan olmasının
80 illiyi
qeyd edildi
Azərbaycan Texniki Universitetində xalq
şairi Məmməd Arazın 80 illiyinə
həsr olunmuş yubiley
tədbiri keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri
giriş sözü
ilə açan universitetin
prorektoru İsa Xəlilov
milli poeziyamızın görkəmli
nümayəndəsi Məmməd Arazın 80 illik
yubileyinin keçirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 27 sentyabr tarixli sərəncamının əhəmiyyətindən danışmışdır.
Diqqətə çatdırmışdır ki,
bu sərəncam əsasında paytaxt Bakıda və bölgələrdəki
bütün təhsil müəssisələrində
və mədəniyyət ocaqlarında unudulmaz
şairimizin silsilə yubiley
tədbirləri keçirilir. Bugünkü tədbir də bunlardan
biridir.
İsa Xəlilov demişdir ki, xalqın ürəyində yaşayan,
şeirləri ilə hər kəsin qəlbində yenidən
doğulan, illər keçdikcə milli poeziyamızda silinməyəcək izlər
buraxan Məmməd Araz
bu gün də bizim müasirimiz olaraq qalır. Şairin zəngin,
çoxcəhətli poeziyası barədə mətbuatda xeyli yazılar çap olunmuş, onun poetik dünyasının inciləri daim ədəbi tənqidin diqqətində olmuşdur. Ədəbi araşdırmalar təsdiq
etmişdir ki, Məmməd
Araz XX əsr Azərbaycan poeziyasında Səməd
Vurğundan sonra
xalqın ruhuna, mənəviyyatına ən
doğma şairlərdən biridir.
Qeyd olunmuşdur ki, Məmməd Arazın poeziyası milli-mənəvi
varlığımıza ucaldılmış əbədiyyət
abidəsidir. Tarix bizdən
uzaqlaşdıqca, Məmməd Araz bizə
daha da
yaxınlaşacaq, əzəmətli görünəcəkdir.
Çünki onun
şeirlərinin mayası səmimiyyətdən və həqiqətdən
yoğrulmuşdur.
Məmməd
Arazın azərbaycançılıq məfkurəsini yaradan şairlərdən biri
olduğu diqqətə
çatdırılmışdır.
Vurğulanmışdır ki, Azərbaycanda
istiqlal təfəkkürünün
formalaşmasında və təkamülündə xüsusi rolu olan Məmməd Araz
poeziyası fikir dərinliyinə və
sadəliyinə görə geniş oxucu kütləsinin rəğbətini
qazanmışdır.
Universitetin Azərbaycan dili və
pedaqogika kafedrasının müdiri
Həbib Mirzəyev isə vətənpərvərlik
duyğuları ilə zəngin Məmməd Araz
yaradıcılığının Azərbaycan
poeziyasının parlaq səhifələrindən
birini təşkil etdiyini
bildirmişdir. Demişdir ki, şairin dərin ictimai məzmunlu lirikası Vətən təbiətinin
gözəlliklərindən, böyük
tarixi keçmişimizdən və milli ədəbi fikrin
tükənməz xəzinəsindən
qaynaqlanmışdır.
Bildirilmişdir ki, Naxçıvan
adlı gözəl bir bölgəmizdə
- Şahbuz rayonunun Nurs kəndində İnfil
kişinin ailəsində dünyaya
göz açan Məmməd
Araz Azərbaycanın şeir
və söz sənətinin qüdrətini
dünyaya tanıtmışdır. Şair bu gün
haqq dünyasında olsa da,
xalqımızın qəlbində yaşayır və
yaşayacaqdır.
Tədbirdə şairin həyat yoldaşı Gülxanım
Fətəliqızı Məmməd
Arazlı günləri ilə bağlı xatirələrini bölüşmüş, universitetin
müəllim və tələbələrinin
suallarını cavablandırmışdır.
Tədbirin sonunda universitetin tələblərinin
Məmməd Arazın şeirləri əsasında
hazırladıqları ədəbi-bədii kompozisiya
təqdim olunmuşdur.
Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S.5.