Fəxrəddin Ziya - 60

  

Hörmətli Fəxrəddin Ziya!

Sizi - istedadlı şairimizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

Siz ədəbi fəaliyyətinizə ötən əsrin 70-ci illərində başlamısınız. İlk şeriniz 1974-cü ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunmuşdur. Müxtəlif vəznlərdə yazdığınız şeirlər mövzu, sənətkarlıq və bədii dəyərləri baxımından diqqəti cəlb edir. Ürəyinizə yaxın, duyduğumız, müşahidə etdiyiniz mövzuları qələmə alır, poetik dillə oxuculara çatdırırsınız. Şeirləriniz təbiiliyi, dilinin rəvanlığı ilə də səciyyələnir.

"Qayıt məni qınamağa", "İlayrıcında", "Zaman, səndən hara qaçım", "Mənim şair anam", "Yaxşılar", "Bu da bir istəkdir", "Şeriyyətim, şerim" adlı kitablarınız işıq üzü görmüşdür.

İxtisasca həkim olduğunuzdan tibb mövzusunda məqalələrlə də tez-tez çıxış edirsiniz. "Bir damla qan" televiziya filminin ssenari müəllifisiniz.

Respublika Səhiyyə Nazirliyi sistemində bir sıra vəzifələrdə işləmisiniz.

Hörmətli Fəxrəddin Ziya!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 27 dekabr.- S.7.