Mən heç
Mən heç…
Mən bir vasitəyəm.
Üstümdən yollar keçir,
üstümdən
illər keçir.
Sən məni tanımırsan.
Mənim
məsafələri
enmək qorxum var.
Mənim
uçuş
zolağına
əsir
düşmək qorxum
var.
Qorxumda sən varsan.
Mən məsafə adamıyam -
bu
başdan o başa gəzirəm.
Bu başda sən varsan,
o başda
sənsizlik.
Sən məni tanımırsan…
Mən
fikrin
dəyişmiş formasıyam,
haldan-hala keçirəm.
Söykəndim yoxluğuna
Mən səni tərk etmişəm
Gizli mənzilim kimi.
Səndən bu yan dinclikdir,
Dinclikdir ölüm kimi.
Keçmisən o tərəfə
Ortaya sərhəd düşüb.
Aramızda xətt keçir
Bu taya həsrət
düşüb.
Uduzacaq bu dünya
Mənim kimi tək
ilə.
Hara çəkim canımı
Bu boyda istək
ilə.
Çatmışam,
son deyilmiş,
Yol gedir sonluğuna.
Səni tapa bilmədim,
Söykəndim yoxluğuna.
Üzümdəki işıq
Üzümdəki işıq çat verəcək
kölgə
düşəcək şəhərə,
küçəyə,
səhərə.
Və şəhər can verəcək
və
küçə can verəcək.
Çıxıb gedəcəyəm
ürəyimdə
adam izdihamı,
Ürəyimdə sevgi izdihamı.
Çıxıb gedəcəyəm üzü
qurumağa.
Sən heç
ayaq
üstə quruyan ağac
görmüsənmi?
Qadın da ağac kimidir…
içindən
quruyur.
Çıxıb gedəcəyəm üzü
tənhalığa,
Pəncərə arxasında
böyüyən
tənhalığa.
Səhərlər günəşlə bərabər
ümidlər
doğacaq üzümə.
Amma mən
qaranlıq düşməmiş
Soyunub atacağam bütün
hisslərimi…
sən
necə?
Qaçdım adilikdən
Fəsillər dəyişən ağac şəklidir -
Payıza sevindim, yaza sevindim.
Gördüm çəkəmmirəm, atdım
yükümü
Bütün havalara oynaya bildim.
Yaxamdan yer tutdu,
məni
göy çəkdi,
Can atdım zirvəyə,
çatdım
- oyandım.
Sən demə göy yerin
təkrarı
imiş,
Hamının keçdiyi
yerdə
dayandım.
Qaçdım adamlardan
gücüm
çatınca,
Qaçdım adilikdən
sirrə
sığındım.
Mən coşmuş bir çayam,
qurumadım
ki,
Geri çəkildikcə
sözə yığıldım.
Üzümə açılan gecə
Üzümə açılan gecə
Ürəyimi açarmı,
Səhər doğacaq günəş
Məni alıb qaçarmı?
Keçməyə
qorxduğum ömür
Gəlib məndən keçərmi,
Düyünlənmiş
ovcumdan
Tənhalığım düşərmi?
Dünya adlı sualın
Düzgün cavabı varmı,
Sevinc bu
qədər yüngül,
Dərd bu qədər
ağırmı?
Narıngül
Ədəbiyyat
qəzeti.- 2013.- 1 fevral.- S.7.