Müxəmməs
İxtisarla
Vəh, bu bağın nə əcəb sərvi dilaraları var
Hər tərəf tazə açılmış güli-rənaları
var,
Qönçeyi-nərgisi-tər
laleyi-həmraları var,
Yəni Tiflisin əcəb dilbəri-zibaları var,
Ey könül,
seyr elə kim, türfə
tamaşaları var.
Mərhaba, Tiflis imiş cənnəti dünya yerinin,
Yığılıbdır
ona cəmiyyəti huri pərinin,
Mən bu şəhrin nə deyim vəsfini
dilbərlərinin,
Filməsəl, şəklü şəmayildə,
bəli, hər birinin
Məhi-təbanə bərabər sərü simaları var.
Ol qədərdir
büti-nazikbədənü incəmiyan,
Eyləmək olmaz onun sanını
məlumi əyan,
Hər biri nazü-nəzakət ilə min afəti-can,
Cümlə bir cilvədə, bir şivədə, xoş sərvi-rəvan,
Məst tavus kimi
gərdəni-minaları var.
Üzləri pərtovi-mehri-cahanara kimidir,
Səfheyi-sinələri
simi-müsəffa kimidir,
Ləzzəti-ləhcələri
nitqi-məsiha kimidir,
Əlləri möcüzeyi-həzrəti-Musa
kimidir,
Dülrübalıqda əcayib yədi-beyzaları var.
Ala gözlər süzülüb nərgisi-sirabə
dönüb,
Ağ qabaqda xəmi-əbruləri
mehrabə dönüb,
Qönçə tək ləblərinin rəngi meyi-nabə dönüb,
Tökülüb gərdənə tellər
ucu güllabə dönüb,
Sona cıqqası kimi zülfi-mütərraları
var.
Nə qədər varisə buxaqü zənəxdanü
yanaq,
Tazə gül yarpağı tək qırmızıdır
nazikü ağ,
Bir-birindən götürüb şöləsini
misli-çirağ,
Görməyib kimsə belə qaşü-gözü, dişü-dodaq,
Özgə babət sifətü surətü
əzaları var.
Bağl-rivzanda əgər huriyü qılman çoxdur,
Bu cavanlar kimi məqbulu müzəyyən yoxdur,
Nəsl-bər-nəs
gözəllik bulara boyuruqdur,
Mən görənlər ki, mələkdən, pəridən
artıqdur,
Hələ derlər ki, bunlardan dəxi
əlaları var.
Kəsrəti-hüsn
ki, xoş mərtəbədir insanə,
Bəxş edibdir onu həqq
dilbəri-Gürcüstanə,
Yox, sual
etmək əgər məsləhəti-yezdanə,
Nola, yarəb, səbəbi, baisi bu ehsanə,
Belə surətlərin, əlbəttə ki, mənaları var.
...Gərçi, ey Xızır, bulubsan şərəfi-feyzi-əzəl,
Verməyibdir könül asayişi amma sənə əl,
İstəsən ömri-dübarə, görəsən
türfə gözəl,
Bircə təşrif buyur Tiflisin həmmamına gəl,
Gör necə rahəti-canbəxşi-tənasaları var.
Bu ocaq böylə
ocaqdır ki, işıq ayə salır,
Gün kimi şöləsini cümleyi-dünyayə salır,
Tez tutar
xainü bədxahları
vayə salır,
Hər kimin başına kim, mərhəmətü
sayə salır,
Bilsin onlar ki,
tamam din ilə dünyaları var.
Vaqifa, səndə
ki, yoxdur, bilirəm, zöhdü riya,
Şərti-ixlas gərəkdir edəsən
şimdi əda,
Elə bu valiyə, oğlanlarına xeyrü dua!
Saxlasın bunları öz hifzi-amanında Xuda,
Hasil etsin nə
qədər dildə təmənnaları var.
Molla Pənah Vaqif
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.3.