Parçalar
... Buna Xaqaninin halı, onun Abxazə ezamı
Necə çox oxşayır, bir bax, necə dövr eləyir dövran.
Olub Abxaz
ona məğrib, şahın dərgahı
bir dərya,
Zavallı canı bir tük
iək düşüb
qalmış ora nalan…
Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi
qoyar
dalda,
O vəqt ki, Tiflisə Kürlə gələr Xaqani və
xaqan.
Rübailər
Ağüzlü, qıvrımsaç qızın
eşqindən
Gürcücə öyrəndim Abxaziyada mən;
İncəldi tük kimi dilim,
hər tüküm
Dönüb bir dil
oldu "modi" deməkdən.
Tərsa gözəlisən, İsaya
həmdəm,
Pak ruhsan sənə demərəm sənəm;
Tük kimi incəldim dərdü-qəmimdən,
"Modi, modi" qəmdən muyə dönmüşəm.
Xaqani Şirvani
Ədəbiyyat
qəzeti.- 2013.- 1 fevral.- S.3.