Astanada “Böyük Azərbaycan
mütəfəkkirləri Nizami, Nəsimi
və Füzulinin
yaradıcılığı” kitabı rus
dilində çapdan çıxıb
Astanada Vidadi Salahov və Kalimaş Beqalinovanın həmmüəllifi
olduqları “Böyük Azərbaycan
mütəfəkkirləri Nizami, Nəsimi
və Füzulinin yaradıcılığı”
kitabı rus dilində nəşr edilmişdir.
Kitabın
rəyçiləri Azərbaycandan AMEA-nın müxbir
üzvü Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet
Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.
Toplu
“Azərbaycanın tarixi keçmişindən
səhifələr”, “Nizami Gəncəvinin
yaradıcılığı mənəvi mədəniyyətin
və incə hisslərin vəhdəti kimi”,
“İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində
hürufiliyin ifadəçisi kimi”, “Məhəmməd Füzuli Azərbaycan
poeziyasının parlaq nümayəndəsi
kimi” fəsillərinə bölünmüşdür.
Kitabın həmmüəlliflərindən
biri - Vidadi Salahov bildirmişdir ki, bu nəşr geniş oxucu kütləsi,
həmçinin elmi işçilər, aspirant və tələbələr, o cümlədən XII-XVI əsrlər Azərbaycan
ədəbiyyatı ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur. Onun
sözlərinə görə, kitab
universitetlərin filologiya fakültələrində
dərs vəsaiti kimi də istifadə
olunacaqdır.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Astana
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.-
S.2.