Ürəyin sağlam qələmin iti olsun

        

Türk jurnalisti Orxan Aras Vidadi Babanlı haqqında

 

Mən bir gənc adamam, əlimdə əsa,

Üzümdə həyatdan minbir cizgilər

Mən bir gənc adamam, həyat buraxsa

Bir əsr yaşaram, yaşlı deməzlər!

 

Bu sətirlərin müəllifi olan Azərbaycan yazıçısı Vidadi Babanlı ilə ilk görüşümü xatırlayıram

Əlini mənə doğru uzatdığında bir an qarşımda gənc araşdırmaçı Vüqar Şəmsizadənin durduğunu zənn etdim. Az qala ona "salam" yerinə canından daha çox sevdiyi Arzunu soracaqdımAmma susdum. Eynilə haqsızlıqların qarşısında bəzən vicdanın susduğu kimi.

Ədəbiyyat - insanı hər dəfəsində yenidən fərqli bir şəkildə var edən bir sənətdir. Fransız filosofu Georges Bataille, ədəbiyyatda yenidən yaratmanın pislikdən keçdiyini iddia edir. Halbuki Şərqdə şərin belə xeyri vardır (Əhvən i şər) Şərqin ədəbiyyatı Qərbin əksinə hər şeyi yox etməz, öldürər şəfqətiylə yenidən yaradar!

Qarşımdakı "Gənc adam", bir dövrü yalanları, doğruları, dostluqları, eşqləri, xəyanətləriylə yenidən yaradaraq gözlərimin önünə sərən bir insandı. Bədbəxt sovetdəki o dövr mənə o qədər yabançı ki, o dövrün hekayəsini hər oxuduğumda sanki əfsanələr dinləyirəm kimi gəlir mənə.

"Gənc adam"ın qarşımdakı varlığı o dövrün əfsanə olmadığını, acı bir gerçək olduğunu mənə anladırdı.

mən susurdum.

İlk tanış olduğunuz bir ədəbiyyat adamıyla danışılar?

Ədəbiyyatmı? Yoxsa həyatmı? Biz həyatdan danışdıq.

Tam səksən beş illik bir ömrü gəncliyə daşımış müdrik bir insanla həyatı danışmamaq mənim üçün müdhiş bir əskiklik olardı. Bu əskikliyi gözə alammazdım.

Təbii ki, ona, "Həyat nədir?" - deyə sormadım.

Sadəcə, gözlərində hələ gəncəcik qalmış təbəssümlərində həyatın acılı-şirinli izlərini axtardım. Tapdım da. O izlərdə peşmanlıq usanmışlıq yoxdu. Cəhd, ümüd xoşbəxtlik vardı. Eynilə onun şah əsərim dediyi romanı - "Vicdan susanda"dakı qəhrəmanı Vüqarda olduğu kimi

Vüqar üçün yaşayırdı? İdealları eşqi üçün… Bu səksən beş yaşındakı gənc adamın da simasında ən qədim idealların ən təzə eşqlərin izlərini hərf-hərf oxumaq mümkündür.

Yanında qaldığım iki saat içində ondan həyatı oxuya bildiyim qədər oxudum. Dilimdən tökülənlər oxuduqlarımın yanında sadəcə təfərrüatdı. O təfərrüatların kölgəsində yemək yedik, çay içdik, lətifələr anlatdıq. Amma əsas məqsədimiz olan ədəbiyyat haqqında bir kəlmə olsun danışmadıq.

Bir kəs olsun qapısından içəriyə addımımı atmadığım bir kimya fakültəsi, səslərini duymadığım elm adamları, qısqanclıq rüzigarları var olma davası içində yuvarlanıb gedən o dövrü o dövrün insanlarını ustalıqla günümüzə hətta gələcəyə daşıyan bu "Gənc adam" mənalı müdrik gözləriylə gözlərimin içinə baxırdı.

Əslində ona sorulacaq o qədər soru vardı ki! Romanındakı İsməti qəsd edərək "İnsan insanı üçün qısqanır?" - deyə bir sual verə bilərdim. Hətta ona hər insanın ruhunda bir azacıq özünə yer tapan qəhrəmanlarından biri olan Mərhəmətdən izlərin olub-olmadığını da sora bilərdim. Sormadım. Onları kitabdakı rollarında rahat buraxmaq istədim. Amma flaubertin "Madam Bovari mənəm" sözü hər ağlıma gəldikcə arada bir "Siz qədər vüqarlısınız?"- deyə düşüncələrimi məşğul edən sualı bilirdim ki, əsla verəmməyəcəm.

"Gənc adam" mənim sual dolu gözlərimdə nələr olub bitdiyini anlamış kimi, qolumdan tutub məni kitabxanasına götürdü. Üst-üstə yığılmış kitabların arasında mən "Vüqarı, Arzunu, professor Söhrab Günəşlini ararkən o, mənə "Haydı, ver suallarını" - demiş kimi baxıb bir başqa kitabını - "Bulanlıq dünya"nı imzalayıb verdi.

Suallar hələ cavabsızdı. Ən yaxşısı da sualları ona deyil, əsərinə ünvanlamaqdı. Çünki yazarların özləri deyil, əsərləri toplumun aynasında özünə yer tapırdı. Bəlkə bu səbəbdən Z.Stefan Dostoyevski haqqında belə demişdi:

"Rusiya xristian olduğu üçün Dostoyevski xristiandır. O, əslində xristianlığa deyil, Rusiyaya inanırdı".

Bu "Gənc adam"ın gözlərində, duruşunda, baxışında da Azərbaycana onun gələcəyinə yönəli böyük bir inanc vardı. Bəlkə bu inanc ona "Vicdan susanda" kimi altı yüz səhifəni keçən bir roman yazdıra bilmişdi.

"Gənc adam", yəni dövrünün şahidi, yəni müdrikliyin timsalı, yəni bir çinar olan Vidadi Babanlı mənə o iki saat içində heç çox danışmadan, izah etmədən gözlərindəki işıqla həm həyatdan, həm ədəbiyyatdan anlatmışdı. O anlatışları mən onun inandığı davadan, yəni bağımsız gələcəkdə vüqarlar kimi idealist, özündən əmin, çalışqan, dürüst eşq dolu nəsillərlə dolu olan Azərbaycana olan inancından anlamışdım.

mən özümü gecənin bir yarısı, qoltuğumda o "Gənc adam"ın kitablarıyla Bakının artıq mənim üçün getdikcə tanış hala gələn küləkli küçələrinə atdığımda içim rahatdıArtıq həyat ovuclarımın içindəydi deyə bilərdim. Sadəcə kiçik bir çaba həyatı öyrənməmə yetəcəkdi.

Bu duyğularla "Gənc adam" Vidadi Babanlının mənə verdiyi "Bulanlıq dünya" əsərini birnəfəsə oxuyub bitirdim. Azərbaycanın ağır bir imtahandan keçdiyi 1985-1990 arası sonrakı illərdən bəhs edən bu əsər Azərbaycan cəmiyyəti keçid müddəti haqqında mənə çox şey öyrətdi. İnsanların zəiflikləri, toplumun basqılı tutumu, sistemdən qaynaqlanan boşluqlar ədalətsizliklər bir film kimi gözlərimin önündən axıb getdi. Gözəl Durnanın şəxsində Azərbaycan qadınının çabası, mücadiləsi, xəyal qırıqlıqları, aldanışları romanda gerçəkliyə yaxın bir üslubda verilmişdir. Hər cəmiyyət bütün şeytanlığı fəsadıyla yer tapa bilən Əfsun kimilərin toplumu insanları sömürmə arzuları, uğurları doğru insana ümidsizlik aşılamır. Səbəbi isə bütün pozulmalara rəğmən toplumda Fərid kimi namuslu insanların varlığıdır.

Romanda 20 Yanvar qətliamı müsibəti sanki tarixə düşülmüş bir not acılı təsvirlərlə anlatımlarla verilmişdir. Yazar, əlindəki lupayla yaşadığı şəhərin problemlərinə işıq tutmuş birdən-birə çökən bir sistemin altında qalan kiçik insanların dramlarını ustalıqla qələmə almışdır. Romanın uğurluğu qəhrəmanların sadəcə bir yönüylə deyil, hər yönüylə verilə bilməsindədir. Durna həm zəif, həm güclü bir qadındır. Əfsun bəzən xain namussuz, bəzən vicdanının səsini dinləyən bir insandır.

Vidadi Babanlı bu əsəriylə hələ özündə yazma gücü görən dəbi keçməyən ən önəmli yazarlardan biri olaraq görülməkdədir. Amma onun özünə görə ən önəmli əsəri "Vicdan susanda" isimli romanıdır. Minlərlə insanın hafizəsində hələ qalmağa davam edən 620 səhifəlik "Vicdan susanda" romanı bir dövrə işıq tutmasına rəğmən bütün dövrlərdəki problemləri dilə gətirən bir əsər olaraq ədəbiyyat dünyasında yerini almışdır. İnsanın nəfsi, yalanı, xəyanəti çevrəyə verdiyi zərər hansı dövrdə aktual deyil ki? Hələ insanı saran-sarmalayan, dəyişdirən, yerdən alıb göylərə sovuran eşq! Hansı dönəmdə eşq köhnəlib aktuallığını itirə bilər ki?

Sürəkli təzələnən bir eşqlə gün keçdikcə zirvələşən bir müdrikliklə yaşayan bu "Gənc adam"ın macərası bir köşə yazısına sığacaq qədər qısa deyildir. Əlbəttə, onu Azərbaycan ədəbiyyatının araşdırıcıları hər dönəmdə yad etməyə davam edəcəklər.

Ürəyin sağlam qələmin iti olsun, "Gənc adam!"

 

 

Hazırladı: Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.- S. 5.