Naxçıvan MR Yazıçılar Birliyinin bəyanatı

     

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın “Drujba Narodov” jurnalında çap olunmuşDaş yuxular” romanı 20 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının hər bir ziyalısını dərindən qəzəbləndirib.

Azərbaycanın çörəyini yeyib, suyunu içən, onun ən yüksək mükafatlarına sahiblənən, ancaq fürsət düşən kimi ölkəsinə düşmən mövqedə dayanan, xalqını təhqir edən bu adamı dindirən damarlarında axan erməni qanıdır. Gözəl bir məsəl var: Kim özünü hansı millətdən hiss edirsə, o elə həmin millətə məxsusdur.” Belə görünür ki, yanvar ayının 30-da ANS telekanalında anasının erməni məhəlləsindən olduğunu sıxıla-sıxıla bəyan edən yazıçı, özünün qanına hansı qanın qarışdığını aydın deməyə cəsarət etməmişdir.

Bu gün sosial şəbəkələrdə romanın ayrı-ayrı parçaları haqqında söhbət gedərkən bir həqiqəti aydınca dərk etdik ki, Əkrəm Əylisli “Xocalı soyqırımı”nı törətməklə fəxr edən erməni havadarlarına canıyananlıq edərək Azərbaycan xalqını alçaltmağı, aşağılamağı öz qarşısına məqsəd qoyub. Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşilikləri Əkrəm Əylisli nə əcəb görmək istəmir? Kim olmasa da, Əkrəm Əylisli “mədəni xalq” adlandırdığı ermənilərin ədəbiyyatına yaxşı bələddir.

Heç şübhəsiz ki, o, bir cəbhədə birləşdiyi əqidə dostu, xalqımızın qəddar düşməni Zori Balayanın Xocalıdakı hadisələrlə bağlı yazdığı romanını bir neçə dəfə oxuyub. Zori Balayan yazır ki, “Xocalıda Xaçaturla bir evə girdik. 13 yaşlı bir türkü divara mismarlanmış gördük. Xaçatur uşağın anasının kəsilmiş döşünü uşağın ağzına soxubbu da sənin üçün əmzik olsun” - dedi. Sonra da həmin uşağın dərisini soymağa başladıq. Ancaq bu türk balası 7 dəqiqə bu işgəncəyə dözdü. Həmin uşağın ətini doğrayıb itlərə atdıq. Bu oyunu Xocalıda həmin gün bir neçə evdə çıxartdıq”.

Əkrəm Əylisli erməni daşnaklarının bu vəhşiliklərini niyə Azərbaycan xalqının adına çıxmaq istəyir? Erməni Levon Məlik Şahnazaryan “Ermənistanın səsi”ndə deyib ki, “Əkrəm Əylisli 100 ildə Türkiyənin, 20 ildə Azərbaycanın etmədiyini etdi - həqiqəti söylədi”. Bu hansı həqiqətdir? Əsər ona görə ermənilərə xoş gəlir ki, Əkrəm Əylisli romanda müxtəlif adlarla Azərbaycanın görkəmli alimlərinə, yazıçılarına, hətta dövlət xadimlərinə qarşı da aşağılayıcı münasibət bəsləyir. Halbuki Əkrəm Əylisli o insanlar haqqında vaxtı ilə efirdə, mətbuatda yerə-göyə sığmayan sözlər demişdi.

Əkrəmin romanında təkcə xalqımıza qarşı deyil, bütün türk, müsəlman dünyasına qarşı nifrət, qəzəb vulkan kimi püskürür. Onun əsərlərində yazıçının prototipi olan buzbulaqlı Sadıq bu gün şöhrət zirvəsinə qalxıb Saday Sadıxlı kimi tanınandan sonra deyir ki, “artıq o, azərbaycanlı olmaqdan utanıb, xəcalət çəkir”. Görünür, Azərbaycanın ən yüksək adlarına layiq görülən Əkrəm Əylisli bundan sonra erməni qardaşlarının himayəsi ilə daha böyük mükafatlara iddialıdır. Bu arzuya çatmaq üçün olmayan ləyaqətini, şərəfini erməni dığasının ayağı altına atan Əkrəm Əylisli açıq-aşkar xəyanət yolunu tutub. Bu yol erməni xəstəliyinə, erməni virusuna yoluxanların yoludur. Azərbaycanın heç bir ləyaqətli övladı bu şərəfsiz missiyanı öz üzərinə götürməzdi.

Ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən amansız qətliamın - Xocalı faciəsinin dünyanın bir çox ölkələrində, o cümlədən Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarında tanındığı bir dövrdə iddianın böyüklüyünə baxın: Xocalı faciəsini dünyanın aparıcı ölkələri tanıyır, Əkrəm Əylisli tanımaq istəmir. Ötən əsrin əvvəllərində böyük ədib Məmməd Səid Ordubadi erməni zülmünün həddi-hesabı olmadığını, tökülən azərbaycanlı qanlarının axar çayların rəngini dəyişdiyini özünün məşhur “Qanlı sənələr” əsərində, özüşahid ifadələri ilə yazırdısa, ondan 90 il ötəndən sonra arxiv materiallarına yox, erməni nənəsinin nağıllarına inanan Əkrəm Əylisli sübut etməyə çalışır ki, sən demə, bu qanlar türk yox, erməni qanıymış. Bundan da böyük xəyanət ola bilməz!

Bütün tarix boyu hər bir yazıçının bir amalı olub: əlinə qələm götürüb xalqa xidmət etmək. Əkrəm Əylisli Azərbaycan xalqına xəyanət yolunu tutub. Belə bir adamın Azərbaycanın xalq yazıçısı adını daşımağa mənəvi haqqı yoxdur.

Naxçıvan Muxtar Respublikası Yazıçılar BirliyiDaş yuxular” romanını Azərbaycan xalqını aşağılayan cızma-qara kimi rədd edərək bildirir ki, bədii əsərdən çox, siyasi sifariş məhsulu olan bu əsər və onun erməniləşmiş müəllifi layiq olduğu qiyməti almalı, Azərbaycan xalqının nifrəti ilə damğalanmalıdır.

 

Naxçıvan Muxtar Respublikası

Yazıçılar Birliyi

4 fevral 2013

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.- S.3.