Çağdaş Azərbaycan şairi Səməd Vurğun

 

Bakı şəhərində heykəli uzaqdan insana təsəlli verən və könülləri gözəl şeirləri ilə uyunduran həyəcanlı şair Səməd Vurğunun bugünkü Azərbaycan ədəbiyyatı tarixində parlaq bir yeri vardır.

Lirik şeirləri ilə tanınan bu görkəmli xalq şairi 1906-cı ildə Qazax elinin Salahlı kəndində doğulmuşdur. İlk təhsilini doğma kəndində alan şair Qazax Müəllimlər seminariyasını bitirmiş və beş il ögrətmən (müəllim) işləmişdir. Sonra Moskva Dövlət Universitetinin ədəbiyyat və dil fakültəsində və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda oxumuşdur.

Şeiri cövhərdən dəyərli olan və Azərbaycan ədəbiyyatına sonsuz əmək sərf edən Səməd Vurğun ömrünün son illərində Azərbaycan SSR Elmlər Akademiyasının prezident müavini işləmişdir. Şairin ədəbi həyatına bir nəzər salsaq, görərik ki, çocuqluqdan şeir maraqlısı olub və xalq ədəbiyyatını könüldən sevib, gözəl şeirlər yazıb. Şair “Komsomol”, “Ölüm kürsüsü”, “Bəsti”, “26-lar”, “Talıstan” və başqa atəş püskürən poemaları ilə şöhrət qazanmışdır.

Şair bir çox başqa poemalar dramlar müəllifidir. O, “Vaqif” (1938), “Xanlar” (1933), “Fərhad Şirin” (1941) kimi ölməz əsərlər yazıb. VaqifFərhad Şirinpyesləri Dövlət mükafatına layiq görülmüşdür. Ədəbiyyatın hər sahəsində qələmini sınayan şairin Puşkin Rustavelidən etdiyi tərcümələr diqqətə layiqdir.

Şairin 1935-ci ildə yazdığıAzərbaycanşeiri o qədər canlı, o qədər qəlbə yatandır ki, bir çox dillərə tərcümə edilib. Şeir azərbaycanlıların ürəyinə o qədər yatıb ki, dillərində şərqiyə çevrilib, hər an onu tərənnüm etməkdən xoşlanır zövq alırlar:

 

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana.

Hankı səmtə, hankı yana

Hey uçsam da yuvam sənsən,

Elim, günüm, obam sənsən...

 

(ŞeirYurdqəzetində bütöv verilib - Qəzənfər Paşayev)

Səməd Vurğun Nazim Hikmətin yaradıcılığına böyük qiymət vermiş, onunla dostluq etmişdir. 1929-cu ildə Nazim Hikmətlə bağlıHərəkətşeirini yazmışdır: Gözəl müğənnimiz Əbdül Vahid Kuzəçi oğlu şairin gözəl şeirləri ilə hər yana bir yanğı salıb.

Onun şairinGülə-güləşeirinə bəstələdiyi şərqisi isə ağızlar əzbəri olub. Aşağıda verdiyimizGülə-güləürəklərimizə böyük bir təsəlli olmuş, azərbaycanlılara qarşı sevgimizi daha da qızğınlaşdırmışdır:

 

Maral çıxdı dağ döşünə,

Səhər vaxtı gülə-gülə.

Sol əliylə sağ döşünə

Bir gül taxdı gülə-gülə.

 

(ŞeirYurdqəzetində bütöv verilib - Qəzənfər Paşayev)

27 may 1956-cı ildə gözünü dünyaya əbədi yuman Səməd Vurğunun şeirləri bir çox dillərə, o cümlədən ərəb dilinə tərcümə edilmişdir. 1976-cı ildə Moskvada Əbdüllətif Bəndəroğlunun tərcüməsi ilə S.VurğununSeçilmiş əsərlərikitabı ərəbcə çıxdı.

Azərbaycan xalqı şairlərini hər vaxt anmaq üçün könüllərdə yaşadıb, gözləri önündə görmək istəyib.

Bakıda heykəltəraş Fuad Əbdülrəhmanov tərəfindən Səməd Vurğunun şəninə ucaldılmış heykəl bu işə xidmət edir.

Görkəmli şair Səməd Vurğuna həsr etdiyim bu məqaləni yazarkən aşağıdakı qaynaqlardan bəhrələndim: S.VurğunAzərbaycan, Azərbaycan”, S.VurğunSeçilmiş dram əsərləri”, Azərbaycan SSR Elmlər Akademiyasının buraxdığıSəməd Vurğun BağdaddaQardaşlıqjurnalında çıxanSəməd Vurğunməqaləsindən.

 

 

Məhəmməd Mehdi Bayat

Yurdqəzeti, 1 may 1987-ci il

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 fevral.- S.4.