Tutulan qarışqa
Siçanlar anbarları
Taladılar,
uddular,
Bir buğdanı
aparan
Qarışqanı tutdular.
Fəxri ad alan
tutuquşu
Tutuquşu Bülbülü
Yamsıladı bir dəfə,
Tezcə fəxri ad aldı,
İndi baxırdı kefə.
Rəhbər keçi
Keçi başçı olandan
Sürüdə qoyunlara,
Onları cəlb elədi
Siyasi oyunlara.
Yeriməyən qanun
Elə ki, meşə rüşvət
Libasına büründü,
Qanunlar yerimədi,
İlan kimi süründü.
Nəslindən xəbəri olmayan
Camış potası daim
Danışırdı
əslindən,
Ancaq xəbəri
yoxdu
Özünün öz nəslindən.
Eşşək südü
Südüm mənim dərmandır -
Eşşək hey söyləyirdi.
O, bu məqsədlə
aptek
Açmaq da istəyirdi.
Pişik qayğısı
Məktub yazmışdı Pişik
Siçanlara sayğıyla:
- Sizlərə yanaşıram
Çox şirin bir qayğıyla.
Tacın satan
şir
Ümidi qalmışdı tək
Başındakı
bir taca,
Şir axır ki, onu
da
Çıxarmışdı hərraca.
Artıq yeyən pişik
İgidlikdən dəm vurub
Sinəsinə döyürdü,
Ancaq həmişə
İtin
Artığını yeyirdi.
Xama çəkilən süd
Gətirə bilmirdilər
Südü dada - təama,
Çünki çəkmiş idilər
Ondan on dəfə xama.
İlanın məqsədi
İlan dedi vurğunam
Zirvənin havasına.
Məqsədi girmək idi
Qartalın yuvasına.
Mərkəz Qacar
Ədəbiyyat qəzeti.- 2013.- 15 fevral.- S.7.