Sabir Poeziya günündə
Vaxtın-zamanın,
dünyanın çoxçeşidli üzü daha aydın
müstəvidə öz nədənliyini
büruzə verdikcə 1500 illik oğuz poeziyamızda ayna
abidəsi kimi ucalan, özümüzü özümüzə
göstərən böyük satirik M.Ə.Sabirin doğum günü
mayın 31-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin,
Yazıçılar Birliyinin və
Şamaxı rayon İcra
Hakimiyyətinin birgə təşkilatçılığı
ilə ustadın doğma yurdunda
qeyd edildi.
Tədbirin
iştirakçıları əvvəlcə ulu
öndər Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyaraq
xatirəsini dərin hörmətlə yad
etdilər.
Böyük şairin
qəbirüstü abidə-kompleksi də eyni
sayğı və qədirbilənlik hissilə ziyarət edildi.
Mərasim
ustadın ev muzeyi
qarşısında davam etdirildi.
Tanınmış
şair, Sabir Poeziya günlərinin rəhbəri Əjdər
Ol tədbiri açaraq
M.Ə.Sabirin çoxəsrlik zəngin poeziya tariximizdəki xüsusi
yerindən danışdı. Qeyd etdi ki, yüzillər keçir, ancaq azadlıq aşiqi, istiqlal şairi Sabir
yaradıcılığına maraq
azalmır. Doğru söz
söyləməyin hünər olduğu
bir zamanın şairi
olaraq Sabir bu gün də çağdaşdı
və gələcək zamanlarda da belə olacağı şəksizdir.
Sonra xalq şairi, AYB-nin birinci katibi Fikrət
Qoca, filologiya elmləri
doktoru Vaqif Yusifli, əməkdar müəllim, beynəlxalq
Rəsul Rza mükafatçısı Oqtay Rza,
yazıçılardan Əli Əmirli, Mustafa
Çəmənli, əməkdar mədəniyyət xadimi, şair Məmməd
Aslan, əməkdar artist
Ağalar Bayramov,
şairlərdən Qardaşxan, Elman
Səmədoğlu, Məlahət
Yusifqızı, Narıngül, Şəfəq Sahibli, jurnalist Tahir Abbaslı çıxış edərək
ölməz şairin
yaradıcılığıyla bağlı fikirlərini səsləndirdilər,
şeirlər oxudular, şairin
yaradıcılığıyla bağlı müsabiqənin qalibi olan şagirdlər
çıxış etdilər, Aşıq Ağamuradın
ifaları alqışlarla qarşılandı.
Tədbir
çərçivəsində böyük
satirikin müəllimi S.Ə.Şirvaninin
qəbri, ölkə başçısının göstərişilə
əsaslı şəkildə təmir edilmiş
IX əsrə aid "Cümə" məscidi
ziyarət edildi, Mədəniyyət və
Turizm Nazirliyinin çap etdirdiyi "Sabir" poeziya
almanaxı, Sabir döş
nişanları iştirakçılara hədiyyə edildi.
Bir daha
vurğuladı ki, poeziya
sənətimizin dəryada belə dayana
bilən qocaman bir
dağıdı, ötüb-keçən zaman
onu bizə daha çox yaxınlaşdırır, Sabir günümüzün
şairi, ən böyük
müasirimizdir.
S.Əsgərli
Ədəbiyyat
qəzeti.- 2013.- 7 iyun.- S.3.