Xalq yazıçısı Ənvər Məmmədxanlının anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiya

keçirildi

  

İyunun 5-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Məmmədxanlının anadan olmasının 100 illiyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

Elmi sessiyada institutun direktor əvəzi, professor, AMEA-nın müxbir üzvü Teymur Kərimli tədbirin Prezident İlham Əliyevin “Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 6 fevral tarixli sərəncamına uyğun olaraq keçirildiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, Ə.Məmmədxanlı Azərbaycan ədəbi mühitində öz üslubu və dəst-xətti ilə seçilən və ədəbiyyatımıza lirik-psixoloji üslubu gətirmiş yazıçılardandır.

Qeyd edilmişdir ki, görkəmli ədib ilk əsərlərindən etibarən öz mövzuları və üslubu ilə əbədi ictimaiyyətin xüsusi marağına səbəb olmuş, özünəməxsus yaradıcılıq yolu keçmiş istedadlar nəslinə mənsubdur. Yazıçının əsərləri bu günaktual və oxunaqlıdır.

Elmi sessiyada filologiya üzrə fəlsəfə doktoru Tahir Məsimovun “Ənvər Məmmədxanlının yaradıcılıq yolumövzusunda məruzəsi dinlənilmiş, görkəmli ədibin keşməkeşli həyat yolundan və çoxşaxəli yaradıcılığından söhbət açmışdır.

Bildirmişdir ki, 1913-cü il fevralın 29-da Göyçay şəhərində anadan olmuş Ə.Məmmədxanlı ibtidai məktəbi də burada bitirmişdir. Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamış Ənvər Məmmədxanlı Azərbaycan nəsrində lirikanın görkəmli nümunələrini yaratmış və İlk povestiBurulğanlar” əsəri olmuşdur. O, bir sənətkar kimi ilk illərdən öz düşüncəsinin və amalının əsiri olmuş, seçdiyi mövzulara, qələmə aldığı adamların taleyinə cavabdehlik daşımışdır.

Qeyd edilmişdir ki, 1941-1945-ci illər müharibəsi görkəmli ədibin yaradıcılığında özünəməxsus yer tutur.

Yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun Avroparus klassik yazıçılarından etdiyi tərcümələr üslub və peşəkarlığı ilə bu gün də seçilməkdədir.

Tədbirdə Ə.Məmmədxanlının “Bakı gecələri”, “Qanlı möhür”, “Buz heykəl”, “Əfsanəvi dağlar”, “Bəxtiyar”, “Şərqin səhəri”, “Od içində” əsərlərinin səciyyəvi xüsusiyyətləri təhlil edilmişdir.

Sonda mövzu ətrafında çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.

 

Ədəbiyyat qəzeti.- 2013.- 7 iyun.- S.3.