İranda Azərbaycanın xalq yazıçısı Elçinin yeni kitabı nəşr olunub

 

AzərTAc xəbər verir ki, “Şuşaya duman gəlib” adlı kitabda xalq yazıçısının eyniadlı povesti, eləcə də “Sarı gəlin”, “Qatar. Pikasso. Latur. 1968”, “Hönkürtü” və digər məşhur hekayələri oxuculara təqdim edilir.

Nəfis şəkildə nəşr edilmiş kitabı çapa Məhəmməd Sobhdel hazırlamışdır.

Kitabın sonunda görkəmli ədib Elçinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir.

Şuşaya duman gəlib” Elçinin İranda nəşr edilmiş dördüncü kitabıdır.

 

Ədəbiyyat qəzeti.- 2013.- 7 iyun.- S.3.