Xocalı soyqırımına həsr olunub

  

Fevralın 26-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə çıxış edən Anar erməni daşnaklarının başımıza gətirdiyi faciəni heç vaxt unutmamağın, xalqımıza məzmunluq, yazıqlıq hissini yox, məğrurluq hissini aşılamağın vacib olduğunu söylədi: “Xocalı faciəsi xalqımızın taleyində sağalmaz yaradır, bu yara qaysaqlanmır. XX əsrdə öz mədəniyyətləri ilə fəxr eləyən xalqın nümayəndələri bu qəddarlığı, bu zülmü, bu vəhşəti törədiblər. Onların elədikləri cinayətləri, əzazillikləri dünya ört-basdır edibdir. Qarabağ hadisələrinin mənəvi atası Zori Balayandır. Xocalı soyqırımı belə insanların ideologiyası sayəsində törədildi”.

Anar çıxışında Vahid MustafayevinXoca” filmində Xocalı faciəsi ilə bağlı hissələrdən çox təsirləndiyini dedi.

Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin rəhbəri Ənvər Əhməd Xocalı faciəsinin canlı şahidi kimi mənfur ermənilərin dinc sakinlərə qarşı törətdikləri vəhşiliklərdən ürək ağrısı ilə söz açdı.

Tədbirdə Fikrət Qoca, Qulu Ağsəs, Ramiz Duyğun, Musa Ələkbərli, Mahcamal, Yusif Həsənbəy və başqaları çıxış etdilər. Onlar XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımını insanlığa qarşı amansız cinayət adlandırdılar. Mərasimdə 160 saylı məktəbin şagirdləri Simuzər Nüsrətbəylinin şeirlərini səsləndirdilər.

 

 

M.Qəmbərova

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.8.