Yubiley

 

Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gənc yazıçı ikən Yazıçılar İttifaqında keçirilən o qanlı iclasların şahidi olub. "Yadımdadı, Sultan Məcid Qənizadə lap qoca kişi idi - o vaxtkı proletar yazıçılardan biri - adını deyirdi Ənvər, mən yazmıram - qocanın az qala boğazını üzürdü ki, ver bura üzvlük biletini, səni İttifaqdan çıxarmışıq. O qoca yazıq da zəif səslə: vermərəm, - deyirdi, bu kitabçaya Maksim Qorki özü imza atıb fayda, tutub aldılar əlindənQoca kişini tutdular, məhv etdilər, amma az müddətdən sonra həmin o bileti ondan alanı da tutub basdılar, o da qayıtmadı isəbu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahib olan bir sənətkar yarada bilər… Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyub getdi bizə

 

 

Anar

 

Ədəbiyyat qəzeti.- 2013.- 1 mart.- S.3.