O öz şəxsiyyətinin qiymətini bilən
adam idi
Ənvər
Məmmədxanlı məndən əvvəlki
yazıçılar nəsli içərisində ən
erudisiyalı, informasiyalı, az yazan, yazdığı hər kəlməsinin
üstündə əsən, son dərəcə
məsuliyyətli bir yazıçı idi. Mən ondan təxminən
on beş il sonra ədəbiyyata gəldim
və həmişə etika gözləyərək
ondan aralı gəzirdim. Amma
iş belə gətirdi ki,
günlərin birində hər ikimiz Əzizbəyov
adına Yaradıcılıq Evinə putyovka
almalı olduq. Üstəlik bir masa arxasında
oturmalı olduq. O vaxtdan
mən Ənvər müəllimə yaxınlaşdım. İlk təəssüratım belə oldu ki, özünə
qarşı olduğu kimi,
başqasına da eyni
cür tələbkar idi.
Ən çox işlətdiyi kəlamlardan
biri bu idi:
"Yazıçı yazdığı əsəri mükəmməl
bilmirsə, nə qədər istedadlı olsa
da, müvəffəqiyyətsizliyə uğrayacaq. Öz əsərlərinin
içərisində ən çox sevdiyi və özünün
şəxsən qiymətləndirdiyi hekayələrdən idi. "Buz heykəl" hekayəsində
ana almanların
yaxınlaşdığını görəndə körpəsini
götürüb qaçanda
yolda çovğuna düşür. Şaxtadan
ayaq üstdə donur.
Əks hücuma keçən sovet əsgərləri hərəkətsiz
dayanmış qadına yaxınlaşanda, onun
donub öldüyünü,
amma qucağında bükülü
bir şeyin olduğunu görürlər. Bükülünü
açanda ananın sağ
qalmış körpəsini görürlər. Donmuş ana canının
son hərarətini uşağa
verərək onu donmaqdan
qorumuşdu.
"Buz heykəl"
hekayəsini Ənvər o qədər səlis,
gözəl dillə yazmışdı ki,
o vaxtlar,
qırxıncı illərin axırında əsər dildən-dilə
düşmüşdü. Ənvər həm
yaxşı dramaturq idi,
həm ssenarist idi, həm
də yeri gələndə son dərəcə qənaətlə
ədəbi fikirlər, qeydlər də yazırdı. Amma Məmmədxanlının ən üstün cəhəti
ziyalılığında, bəlkə də həddindən
artıq incəliyində və eyni zamanda öz şəxsiyyətinin
qiymətini bilməyində idi. Bu xüsusiyyətlər onun
canında, qanında, irsiyyətində idi.
Ənvər Məmmədxanlı həm də görkəmcə
son dərəcə yaraşıqlı, təkcə
bircə baxışından ziyalılığı bilinən
aydın - ziyalı idi. Mən onunla ömrünün
axırlarına yaxın tamam
dostlaşmışdım. Ənvər sirrini
heç kimə açmaz,
dərdini içində çəkərdi. Azərbaycan
xalqının tarixindən söz
düşəndə aşağıdakı kəlmələri
daima təkrar edərdi: "Son dərəcə qarışıqdır, ay İsa. Tarixdən yazan yazıçının məhz tarixi əsəriylə gələcəkdə
də maraqlanacaqlarını bildiyindən hər bir kəlmənin məsuliyyətini qəlbən
duyub hiss etməlidi. Arxamca kiminsə yaman söz danışmasını istəməzdim".
"Şərqın səhəri"
nə qədər maraqlı baxılsa da,
uzun zaman səhnədən
düşməsə də, bu qiymətli
əsərin mərkəzində duran obraz bizim xalqla
yanaşı,
başqa xalqların da
həyatında, taleyində açıq-aşkar subyektiv, mənfi rol oynayan, bəzən kin-küdurətə qapılaraq,
hətta qeyri-insani qanunlar
çıxarmaqda çəkinməyən, milyonlarla
qiymətli şəxslərin sürgünlərdə
çürüməsinə səbəb olan
İosif Stalin idi. Ənvər gizlin-gizlin
yanardı, amma qüsuru
özündən çox zamanda
görərdi. Məhz "Şərqin səhəri"
əsərinin müəllifi olduğuna
görə böyük etirafla
Babəki öyrənməyə başladı. Mən də qədim
dövrlərdə aramsız maraqlanan
yazıçı olduğumdan, bu mövzuda söhbətimiz
uzandıqca uzanırdı. Belə hallarda
Ənvər yenə zəmanəni qamçılayırdı.
Hər şeyi gizlədiblər, qapıya
da top
ağırlığında qıfıl vurublar.
Nə qədər öyrənsəm də, aydın
görürəm ki, Babəkin şəxsiyyəti
və mühiti haqqında nə varsa yığışdırılıb,
yalnız şikəst materiallar
saxlanılıb. Deyərdi ki, mən Babək
haqqında ssenarini uzun
müddət bir neçə dəfə üzünü köçürdüyümə
görə sənin və mənim yaxşı
inandığım Adil İsgəndərov
qəzəb vulkanı püskürərdi. "Qada, sən bu əsəri
nə vaxta qədər yazacaqsan?"
Deyirdim ki, Adil bəy, hirslənmə, lazım gəlsə,
mən bu romanı və ssenarini
ömrümün sonuna
qədər yazacam". Tale
belə gətirdi ki, mən "Azərbaycan"
jurnalında "Babək" romanının böyük
bir hissəsinin redaktoru
oldum. Bu romanda Ənvər Məmmədxanlı heç bir
yazıçının işlətmədiyi bir
üslubda
yazırdı, bir nöqtə, bir vergülü dəyişməyə
aman vermirdi. Bu cəhətdən Ənvər çox sərt idi. Ömrünün sonuna yaxın təkcə bir
dəfə uzaqdan mənə qəzəblə
baxdığını gördüm. O vaxt kinostudiyanın direktoru
Cəmil Əlibəyli idi. Bizim şuranın iclasında ssenarinin
yenidən işlənməsini Cəmil təşkil etdi. Ssenarini yenidən yazmaq bir adət idi. Bəzən
elə olurdu ki, kinodramaturqlar dörd-beş
variant yazırdılar. Amma
şura üzvləri (burada
İsa müəllimin səsindən onun halsızlığı daha
aydın duyuldu o
"Taqət yoxdu, Azər" - dedi) bir səslə
deyirdilər: - A kişi, sən Allah, o birinci
variantı gətir çəkək. Çünki
yazıçı əsəri tək yazmalıdı. Biz müdaxilə edir, əsəri
bir yana yönəldir,
məcrasından çıxarırıq. Demə, qəzəbinin
səbəbi növbəti variant gözlənildiyinə
görəymiş. İclasda Cəmil Əlibəyli
həmin sözləri deyəndə mən him-cimlə Cəmilə
çox söz dedim. Cəmil hiss etmədi.
Axırda xırdaca bir kağızda əlimin
altında gizlədə-gizlədə yazmağa
məcbur oldum. "Cəmil! Sən Ənvərin
pencəyinin qoluna bax".
Pencəyin qolları didik-didik olmuşdu. Cəmil boyca balaca idi. Masanın
arxasında dikəldi və uca göründü: "Ssenari
qəbul olunur. Ənvər müəllim özünü, gördüyü
nöqsanları çəkiliş müddətində
düzəltsin" - dedi. Bu
əhvalat mənim Məmmədxanlıya böyük
rəğbətimin son ifadəsi oldu. Ənvər müəllim öz
böyük sinfi əzablarını
öz böyük qəlbində
çəkə-çəkə dünyasını dəyişdi.
Onun insanlığı,
ucalığı, mədəniyyəti bütün
yazıçılar üçün
örnək ola bilər. O
çoxlarının inanmadığı, mənimsə bütün varlığımla qiyabi sevdiyim ideal bir aləmdədi.
Yaşayıb və yaşayacaq.
İsa Muğanna
Ədəbiyyat qəzeti.-2013.- 1 mart.-
S.1-3.