Üzə güldü əməlim
Bu dünyanın ahəngi bir, rəngi çox,
Bu dünyanın sirri xudaya bəlli.
Açılmayan
tapmacası, mərci çox,
Aqil gərək aşkarlaya bu həlli.
Yola çıxdım, sonsuzluğa tuş oldum,
Bir daş
idim, nəfəs dəydi quş
oldum;
Ənginlikdə
qanad çaldım, baş
oldum, -
Cığır
açıb, belə qoydum təməli.
Üz tutduğum
günəş oldu, ay
oldu,
Ulduzlar da bu gecəyə
hay oldu;
Mən də dönüb gözəlliyə tay oldum,
Hara baxdım, üzə güldü əməlim.
Duyub sevinci, kədəri
Eşq ümmanında üzürəm,
"Divani-Kəbir"
sirdaşım.
Övliyalara üz tutdum,
Hər biri könlün
sirr daşı.
Ayağım üzülür yerdən,
Yolumu göydən salacam.
"Məsnəvi"dən
qidalanıb,
Tanrıma yaxın olacam.
Oxudum neçə
beytini,
Bir hana qurdum
sözlərdən.
Pirim deyib
sipər oldum,
Qorudum namərd gözlərdən.
Dəryada gövhər gəzirəm,
Bu da qismətin
qədəri.
Qəlbimə inci düzürəm,
Duyub sevinci, kədəri.
Qırmızıda qara gördüm
Qırmızıda
qara gördüm, -
Çünki qanım qara idi.
Qəlbim dərddən açılmışdı,
Puçur-puçur yara idi.
Əlim qalxdı göyə sarı,
Tutdum səbrin ətəyindən.
Dedim, Tanrım,
əsirgəmə,
Xəbərin var niyyətimdən.
Qırmızıda
qara gördüm, -
Könlüm doldu, qubarladı.
Al lalənin sinəsi dağ,
Ürəyimi yaraladı.
Fəridə Hacıyeva
Ədəbiyyat
qəzeti.- 2013.- 8 mart.- S.6.