Fəridə Hacıyeva - 60

  

Hörmətli Fəridə xanım!

Sizi - istedadlı şairimizi yubileyiniz münasibətilə təbrik edirik.

Siz bədii yaradıcılığa ötən əsrin səksəninci illərində başlamısınız. İlk qələm təcrübələriniz mətbuatda işıq üzü görüb, müxtəlif poeziya almanaxlarına daxil edilib. Ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmış "Göylər pənahım mənim", "Bağışla, vətən, bağışla", "Qaytaram Tanrı sevgisini" adlı kitabların müəllifisiniz. Sizin tərcümənizdə rumın şairi Mixay Emineskunun "Ulduzlardan pay istərəm" şeir kitabı çapdan çıxmışdır. Ədəbi uğurlarınıza görə Respublika Mədəniyyət və Turizm Nazirliyinin fəxri diplomuna, "Araz" Ali mükafatına, "Qızıl qələm", Məhsəti Gəncəvi mükafatlarına layiq görülmüsünüz. Konya şəhərində Mövlanə simpoziumunda iştirak etmiş, bu münasibətlə şeirləriniz Türkiyədə nəşr olunmuşdur.

Siz 1976-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmisiniz. Bir müddət Aşıqlar Birliyində işləmisiniz. 1992-ci ildən M.F.Axundzadə adına Dövlət Kitabxanasında dövri mətbuat şöbəsinə rəhbərlik edirsiniz.

Hörmətli Fəridə xanım!

Sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2013.- 8 mart.- S.6.