Xavər
xanım yad edildi
Martın
13-də unudulmaz xalq şairimiz Səməd Vurğunun
vəfalı ömür-gün
yoldaşı Xavər xanım Vəkilovanın 95 illik anım günüylə bağlı mərasim
keçirildi. Bütün həyatı boyu olub-keçənləri vəfalı bir fədakarlıq nümunəsi kimi yaşayan Xavər
xanımın məzarı üstünə gələnlər
Səməd Vurğun ocağının
xalqımızın mənəviyyat
çırağının şölələnməsindəki
xidmətlərindən dərin qədirbilənlik hissilə
söz açdılar.
Səməd
Vurğunun ev muzeyinin direktoru Aygün xanım Vəkilova unudulmaz
Xavər xanımdan böyük dost, sirdaş, vəfalı
şəxsiyyət kimi danışdı,
ötüb-keçənləri xatırladı: "Mənə münasibətdə Xavər
xanımla anam arasında yaxşı mənada,
çox əziz və doğma
olan bir
qısqanclıq hissi yaşanırdı.
Nənəmin dəfn günündə heç
cür özümü
ələ ala bilmirdim,
ən səmimi duyğularımı onun nəfəssiz
cisminə söyləyirdim ki, məni
tək, kimsəsiz qoydun, sən mənim ən
böyük həmdərdim, anam qədər əzizim idin…
Gördüm ki, Aybəniz
xanım az qala incimiş, qınaqlı baxışlarla mənə
baxır. Cəld özümü
yığışdırdım, zarafata
saldım ki, düzdü,
Aybəniz xanım da mənim anamdı… Bu xatirələr bitib-tükənən deyil… Xavər xanım gözəllərin sona qalmışlarından idi,
ürək dostu olmağın, həmdərd
olmağın canlı simvoluydu, xatirə
boxçası kimiydi. Əlbəttə
ki, bu müstəvidə
unudulmaz Səməd Vurğunun,
Yusif Səmədoğlunun yeri
bir başqa aləm idi…"
Ədəbiyyatşünas alimlərdən
Aslan Salmansoy, Sara Osmanlı, Səməd Vurğun
ailəsinin yaxınlarından Nəzakət Qafqazlı, Zemfira Eminova, Həqiqət
xanım, Elşad İbrahimov
və başqaları anım mərasimində Səməd Vurğun ocağının əbədi
haq-sayından, bu ocağa
mənsub olan şəxsiyyətlərin
milli-mənəvi dəyərlərimizin irəli
aparılması yolundakı xidmətlərindən söz açdılar. Xavər xanımın unikal, bənzərsiz şəxsiyyəti
haqqında təəssüratlarını
bölüşdülər: "Onun uyuduğu bu məkan vaxtilə
baxımsız bir sahə idi.
Böyük şəxsiyyətlərin məzarı
belə qazıldığı yerə xüsusi
ab-hava, dəyər, vüqar
gətirir. Xavər xanım kimi
insanların məzarı da həmişə
ziyarət yeri olaraq insana fəxarət gətirir. Səməd Vurğun nahaq yerə ona xitabən "Demə saçlarıma düşübdü ağ
dən, ürək qocalmayıb, ürəyim sənsən!"
yazmırdı".
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2013.- 15 mart.-
S.8.