Bayramımız qaldı

  

Öz dadı var hər bir yaşın,

Atdın cavanlığın daşın;

İstedadın yol yoldaşın -

70 yaşın oldu, Elçin!

 

Bu da ömrün bicliyidi, -

Qocalığın gəncliyidi;

Ruhumuzun dincliyidi, -

Ləzzətli bir yoldu, Elçin!

 

Ay maşallah olsun yerin, -

Canın sulu, ağlın dərin,

Balaların, nəvələrin

Şəkər, şirin, baldı, Elçin!

 

Bərkimisən sözdən-sözə, -

Gəlməyəsən yaman gözə;

Şuşada ad günümüzə -

Bayramımız qaldı, Elçin!

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.4.