Solmağa, bilirəm, bir soyuq yel yetər...

 

, dostum,

çox vaxt

uçurumla

bataqlıq arasındakı

dar keçiddə

hər mərdin yıxılmasına bir namərdin

tənəsi bəsdir.

 

Uff,

biləsən

bədbəxtliyin hansı qapıdan girəcəyini

hədiyyə gətirəcəyini?!

Xoşbəxtlik amma səni qəfil yaxalamır

yuxu ilə yozum arasındakı məsafəni

açıq saxlayır.

 

Bilirsənmi, dostum,

yüz yarpaq açmağa

qədər yağış gərək?

qədər günəş?

qədər külək?

 

Solmağa, bilirəm, bir soyuq yel yetər...

 

 

Məftun Əmini

 

Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.7.