Zindanda məhəbbət
Ağacların başına fırlanıb
qışqırıram:
Mənim üçün dua edin,
mənim
üçün dua edin
ki,
bu dərddən... :
- Hamını sənin surətində görürəm
küçədə,
yuxuda,
o ağ
örpəkdə.
“Lütfən, ayağa durun!”
Anlayıram ki, məhkəmədəyəm.
“Havaya!”
Anlayıram ki, zindandayam.
Kamera yoldaşımdan
təqsirini soruşuram,
əsəbi
halda deyir:
“Azadlığı pis tələffüz etmişəm,
pis!”
Divarlar çığırır,
dəmir
millər bağırır:
“Siz hamınız
azadlığı
pis
tələffüz etmisiniz,
pis
...
- Düz deyirlər -
Yalnız həyətdəki ağaclara
inanıram,
hava
udmağa çıxanda
qaçıb
onları qucaqlayıram,
ağlaya-ağlaya:
- Mənim üçün dua edin,
mənim
üçün dua edin.
...
Əzizim!
Zindanda məhəbbət
məşəqqətdir.
Şəhram Şeydayi
Ədəbiyyat qəzeti.- 2013.- 3
may.- S.7.