Təcrübə

 

Sevgi bir təcrübədir ki,

kəpənəklərin qanad səsindən

yadigar qalmış.

 

Dünya bir təcrübədir ki,

tanrıların yersiz savaşından

yadigar qalmış.

 

ölüm

bir təcrübə olacaq ki,

gündüzlə gecənin yerli döyüşündən

yadigar qalacaq.

Tərcümə edəni:

Məsiağa Məhəmmədi

 

 

Əhməd Nicati

 

Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.7.