Avstriyada nəşr olunub
Avstriyanın
paytaxtı Vyanada RRV Renata
Rolfink nəşriyyatı Anarın
kitabını buraxmışdır. “Azərbaycandan hekayələr”
adlanan kitaba
yazıçının “O gecənin səhəri”, “Mən, sən,
o və telefon”, “Gürcü familiyası”, “Yaxşı
padşahın nağılı” hekayələri və “Dantenin yubileyi” povesti daxil edilmişdir.
Kitabı alman dilinə Liliana
Qrimm çevirmişdir.
Kitabda oxuculara Anar haqqında bioqrafik məlumatlar
çatdırılır, daha əvvəllər
Almaniyada və İsveçrədə alman dilində “Beş mərtəbəli
evin altıncı mərtəbəsi”
romanının nəşr edilməsi xatırlanır. Giriş sözündə Liliana
Qrimm kitabın ərsəyə gəlməsində
yardım və məsləhətlərinə görə azərbaycanlı
dostlarından Məhəmməd Osmanova, Sevinc Fərzəliyevaya,
Aytən Mirsalamlıya təşəkkürünü bildirir.
Ədəbiyyat qəzeti.- 2013.- 3 may.- S.5.