Bahar gələndə
Qışda donmuş sular
donundan çıxır,
Bənövşə sivrilib qınından
çıxır,
Torpağın dərd-səri
canından çıxır -
Bahar gələndə.
Sellənən sularda nədir
bu «dava»?
Küləklər mat qalıb
bu qovhaqova.
Bir gündə on dəfə dəyişir hava -
Bahar
gələndə.
Göylərin özündə
mərəkə qopur,
İldırım
atını dördnala
çapır.
Yağış gül-çiçəyin
üzündən öpür
-
Bahar
gələndə.
Yarpaqda dincələn
büllur
şehə bax,
«Qırx düymə»
üstündə
əlvan zehə bax.
Çəməni məst edən zərif
mehə bax -
Bahar
gələndə.
Yayda da havalar
soyuya bilər
Yenə göz
yaşların
muncuqlanıbdır,
Bir
heçə bənddir
ki, ələnsin yerə.
Sanki yanağında od qalanıbdır,
Yaman bənzəri var al üfüqlərə!
İncidən kəlməmdən
incimə, gülüm,
Yayda
da havalar soyuya bilər.
Daim şirin-şirin danışan dilim
Acı
sözlərinə son qoya
bilər.
Hərdən toxunanda
kövrək qəlbinə,
Xeyli
vaxt özümə gələ bilmirəm.
Dörd yanım
gülüşə bürünsə
yenə
Şadlana
bilmirəm, gülə
bilmirəm.
Ancaq hər günahı sən
məndə görmə,
Səmanı
bir anda örtür buludlar.
Gül solsa
təqsiri
çəməndə görmə,
Torpaq üzərində
tikana nə var!
Eşq ilə
əkizdir kədər
də, kef də,
Onu
cüt qorusaq iki bölünməz.
Axı, umu-küsü
olmayan evdə
Əsl
məhəbbətin günəşi
sönməz.
Qəm nədir
bir daha
salmayaq yada,
Əbədi
son qoyaq olub-keçənə.
Nə qədər
ikimiz varıq dünyada
Gərəyəm mən
sənə, gərək
ol mənə!
Payızın son ayı
Görən
yay hara gedib?
İsti
hara köç edib?
Hava özü üşüyür,
Külək
də bərk tövşüyür.
Daha
əsmir o yavaş.
Təbiətdə bir təlaş,
Narahatlıq
duyulur.
Çobansız qalan
dağlar
Qar
yorğanda uyuyur.
Hər yanda
gül-çiçəklər
İstəmədən
solubdur.
Quzeyin sis-dumanı
Arana yol salıbdır.
Elə bil
ki, xınadan
Don geyinib bağça-bağ.
Axar çay həzinləşib,
Lal olubdu xan
bulaq…
Nə gizlədim,
hər tərəf
Qüssəylə
tən görünür.
Təkcə azad
buludlar
Gözümə şən
görünür!
Qış lövhələri
Buludlar Günəşi
tez-tez gizlədir,
Gədiklər
dumandan hörüklər
hörüb.
Şaxta uşaq
kimi dəcəllik edir,
Elə
bil baharı uzaqda görüb.
Qayalar yerindən
qopmasın deyə,
Sal buzlar onlara sütun olubdur.
Düzlərdə ceyrana, dağda kəkliyə
Qar altdan yem
tapmaq
çətin olubdur.
Tənha çinarın
da halı pərişan,
Yaşıl
yarpaq üçün
sanki dərd çəkir.
Elə bil
gözləyir tez düşsün axşam,
Axı o, çılpaqdır,
xəcalət çəkir!
Arabir səs
salan ağacdələndi,
Bağ-bağat
xəyala daldığı
anda.
Axar çay buz güzgü olubdur indi,
Suya gedən qızlar bəzənər
onda!
Ömrümün qışına
oxşar bu fəsil,
Onun
varlığını sevirəm
ancaq.
Heyif, ümidimdə küləklər əsir,
Bilmirəm sabahım
necə olacaq!..
Həsən
Valeh
Ədəbiyyat qəzeti.- 2013.-
8 noyabr.- S.8.