Pislər gedib,
yaxşılar
qalıbdı
Pislər gedib, yaxşıları qalıbdı,
Bu dünyanın qadasını alım mən.
Yaxşılıqlar
yaxşı zəfər çalıbdı,
Saz gətirin havasını çalım mən.
Gəlib-gedib pislər
bizi pislədi,
Qara
tüstü qalayları
hislədi.
Nə yaxşı
ki, aydınlıqlar bizlədi,
Qoyun bir az rahatlıqda qalım mən.
Neçə dəfə
bizə hücum çəkdilər,
Müsibəti
başımıza əkdilər.
Fəqət gördük
çox deyillər, təkdilər,
Kərənti
ver alaqları çalım mən.
Şər atdılar
bizi gözdən salmağa,
Tor atdılar düzü düzdən salmağa.
Sillələyib üzü
üzdən salmağa
Söz
qoymadı qalım əliyalın mən.
Az olmadı dayaq duran pislərə,
Keşiyində
oyaq duran pislərə.
Həqiqəti əzən-buran
pislərin
Tabutuna paslı
mismar çalım mən.
Matəmində lənət
aldı çoxları,
Bədliyindən
töhmət yedi çoxları.
Ünvanına nifrət
dedi çoxları,
Əhsən
deyim bu halımda qalım mən.
Qatarda tək gedirəm
Qatarda tək
gedirəm,
Görən
kimdi bu sürən?
Qatarda tək
gedirəm, -
Daha
qalmayıb düşən.
Qatarda
tək gedirəm.
Yaşadığım illəri...
Xatirələr - ömür-gün
Qalır
dayanacaqda.
Nəğmələri ürəkdə,
Vərəqləri
qucaqda.
Sarı işıqlar
yanır,
Yaşıllardan
xəbər yox.
Qırmızılar göz vurur,
Yol
açılmır, nəmər
yox.
Qatarda tək
gedirəm,
Gözə
dəymir bələdçi.
Bilən yoxdu
dünyada
Mən
nəçiyəm, o nəçi.
Qatar dalana gedir,
Bulud-
bulud tövşüyür.
Ürəyində od sönür,
Ayaqları
üşüyür.
Düşür qərib
bir axşam,
Qatarda
tək qalmışam.
Tapşırıq
Ayrıldıq, çiçəklər
mənnən danışdı,
Əlvida
deməyə dilim dolaşdı.
Bu yerlər bu göylər bizə tanışdı,
Tanışa
tapşırıb gedirəm
sizi.
Ayrılıq vüsalla
köhnə tanışdı,
Gördü
ki, güllərin gözləri yaşdı.
Küsənlər əl verib güldü,
barışdı,
Barışa
tapşırıb gedirəm
sizi.
Göylərin nəfəsi
yerlərə qonaq,
Günəşin odundan,
külündən iraq.
Yansanız buluddan
yağış yağacaq,
Yağışa
tapşırıb gedirəm
sizi.
Neyləyək gecələr
gündüzlə qoşa,
Günəş
də Ay ilə yatır baş-başa.
Torpaq öz
içində söykənir
daşa,
O daşa tapşırıb
gedirəm sizi.
Hər ağac
müqəddəs bir
pir, bir ocaq -
Əgər
üşüsəniz həyan
olacaq.
Gündə uca
qardaş kölgə
salacaq,
Qardaşa
tapşırıb gedirəm
sizi.
Yarpaqlar əl
çalır səs çıxır dizə,
Sonra
nəğmə olub döşənir izə.
Deyin nə gətirim gələndə
sizə?
Alqışa
tapşırıb gedirəm
sizi.
Neyləsin
Yağış kəsdi,
göyə alqış,
Ot göyərdi, göyə
alqış.
Göy də
tanış, yer də tanış,
Hava
çaş qalıb,
neyləsin.
Qol gücünə dəryaz biçir,
Şeh
suyundan torpaq içir.
Bel tayaya meydan
seçir,
Yava
çaş qalıb neyləsin.
Ocaq yanır od qaynadır
Tikələri su
oynadır
Qazan var dünya
boydadır
Tava
çaş qalıb neyləsin.
Əsir torpaq
bizi anır,
Sulayanı
yoxdu yanır.
Gah şumlanır, gah tapdanır,
Oba çaş qalıb, neyləsin.
Payızda
Belində qızıl
kəmər,
Telində gümüş
qəmər,
Əlində xəzəl-
nəmər
Payız
varıyla gəlir.
Qışlağı naxırıyla,
Çəlləyi çaxırıyla,
Zəmilər taxılıyla,
Bağlar
barıyla gəlir.
Durnalar alayıyla,
Qazanlar qalayıyla,
Toy-düyün harayıyla,
Kaman-tarıyla gəlir.
Çəmənləri qırovla,
Balıqları tilovla,
Bürküləri girovla
Dağlar
qarıyla gəlir.
Yel yeri mənimsəyir,
Nə
deyir, nə söyləyir.
Yaylaqlar qəribsəyir,
Çən
qübarıyla gəlir.
Dünya
əlifbası
İkicə işarə
var
Morze
əlifbasında.
Onnan əksi çəkilir
Şənliyin də
yasın da.
Onu bilməsən əgər
Dənizdə
azmaq olar.
Morze əlifbasıyla
Kitab
da yazmaq olar.
Morze əlifbasıyla
Yazıram şeirləri
Dünyanın o başında
Oxusunlar
sözləri.
Bu əlifba bəşərlə
Həmişə qalasıdı
Hər xalqın,
hər millətin
Dünya
əlifbasıdı.
Tərcüməsiz yazılır
Hər kəsin
öz dilində
Bu ümid çırağıdı
Batanların əlində
Dünya təngə
gəlibdi
Deyingənlər dilindən
Məni xilas
eyləyin
Sözcülərin
əlindən-sos.
Paris
Gördüm, sevdim
Parisi,
Paris sevda pərisi.
Gündən-günə çoxalır
Bu sevdanın hərisi.
Şah damarı
Senadı,
Gözəlləri
sonadı.
Dil tapmadım danışam
Paris məni qınadı.
Girdi işıqdan dona,
Az qaldı hissim dona.
Eyfelin qülləsində
Paris yetirdi sona.
Hər kilsə
bir anadı,
Dahiləri
dühadı.
Çoxdu şərab
içənlər
Fəqət
şərab bahadı.
Küçələri möhtəşəm,
Gecələri
möhtəşəm.
Hər heykəl
bir külçədi
Külçələri
möhtəşəm.
Zaman tarix bölübdü,
Ulduz
doğub sönübdü.
Zəfər tağı
yaşayır -
Napalyon
ölübdü.
Rübail
Ədəbiyyat
qəzeti.- 2013.- 8 noyabr.- S.7.