Ləyaqətli varis
Filosof Diogen
günün günorta
çağı əlində
çıraq gəzirmiş.
Bu müəmmaya sorğulu
baxanlara müdrikin cavabı belə olur: "Adamlar içində insan axtarıram…"
1993-cü ilin gül nəfəsi yerinə güllə səsi gətirən müdhiş baharında -
Kəlbəcərin işğal
günlərində hamı
Qənbər müəllimi
axtarırdı. O, yeganə
insan idi ki, illərdən bəri yurddaşlarına
yaxşı bəlli olan inamı, etibarı, kişilik əzmini saxlamışdı…
Yaxın tariximizin
bu amansız dönəmində Dədə
Şəmşir ocağının
ləyaqətli varisi Qənbər müəllim
müdrik ağsaqqal kimi bağrı didik-didik olan didərginlərimizi bir araya gətirib onların Bakıda, Gəncəbasarda, eləcə
də məmləkətimizin
digər bölgələrində
məskunlaşmağına maddi, mənəvi yardımını öyüd-nəsihəti
ilə birgə əsirgəmədi…
Mən
göz açandan Qənbər müəllimi
dövlət strukturlarında
məsul vəzifələr
daşıyan görmüşəm. Onu da görmüşəm ki, bu sadə,
təvazökar və
səmimi insan sxematik məmurlardan olmayıb. Çünki qan yaddaşında
mənsub olduğu qüdrətli şairlər
sülaləsinin - Miskin
Abdalın, Ağdabanlı
şair Qurbanın, Aşıq Şəmşirin
poetik dünyaduyumunu gəzdirib. Məhz bu irsi-genetik
yaddaşın davamiyyətidir
ki, Qənbər Şəmşiroğlunun son illərdə
ardıcıl nəşr
olunan müxtəlif janrlı, müxtəlif formatlı kitabları geniş oxucu auditoriyasının marağına
və rəğbətinə
səbəb olub.
İstər
şeirlərində, istər
hekayə və romanlarında, istərsə
də publisistikasında
Qənbər Şəmşiroğlu
özünəməxsus dil-üslub
xüsusiyyətləri, dərin
müşahidələri, həyat
həqiqətlərinə yumorlu
baxışı ilə
diqqəti cəlb edir. Hiss edirsən ki, onun ilham
çeşməsi folklordan,
xalq ədəbiyyatından
qaynaqlanır.
Qənbər
Şəmşiroğlu özünə
həmişə müəllim
deyib. İxtisasca müəllim
olan bu insan
həmişə "müəllim"
adını daşımaqdan
qürur duyub. Orta məktəb müəllimliyindən
rayon rəhbərliyinə qədər
yuksələn bu şəxsiyyət o yüksəklikdə
olanda da həmin adı sevərək daşımaqdan
doymayıb. Danışığı, davranışı, səliqə-sahmanı,
daxili mədəniyyəti
ilə gerçək
bir müəllim obrazı yaradan Qənbər Şəmşiroğlu
necə deyərlər,
elin gözündən
kənarda qalmayıb.
Hətta bir kəlbəcərli kişi öz oğlunun adını doğum şəhadətnaməsinə
belə yazdırıb:
"Qənbər müəllim".
Qənbər müəllimin
başqalarına örnək
ola biləsi
övladları, nəvələri
var. Böyük oğlu
- Milli Məclisin deputatı Cavid Qurbanov atasının məsləhət və tövsiyələrinə əməl
etməyi hər zaman özünə şərəf bilib. Kəlbəcərlilər bu ocağı
yaxşı tanıdıqları
üçün millət
vəkili kimi məhz C.Qurbanovu seçiblər.
Bu günlərdə Qənbər Şəmşiroğlunun
80 yaşı tamam olur. Kəlbəcərin işğalından isə
20 il keçir.
Kəlbəcərsiz keçən illəri
ömürdən saymayan
Qənbər müəllimin
əslində 60 yaşı
tamam olur. El-obamızın, məmləkətimizin
dəyərli və nüfuzlu ağsaqqalı,
şair, publisist, ictimai xadim Qənbər
Şəmşiroğlunu ürəkdən
təbrik edir, ona sağlam can, uzun ömür və yaradıcılıq
uğurları diləyirəm.
Adil CƏMİL
Ədəbiyyat
qəzeti.- 2013.- 15 noyabr.- S.7.