Qənbər Şəmşiroğlu
Dağlardan
ayrı
İstədim dağların vəsfi yazam,
Sözü çətin qoşam dağlardan
ayrı.
İlhamım köklənmir ürək deyənə,
Paslanmış bir xışam dağlardan
ayrı.
Bu dağlar dərdimi
yaman tərpətdi,
Onlar
həmin dağlar, könlüm bərbaddı.
Murovdan ah çəkdim,
fələyə çatdı,
Perikmiş
bir quşam dağlardan ayrı.
O dağlar toy evim,
düyünüm oldu,
Qibləm, qibləgahım,
öz dinim oldu,
Müqəddəs "Quran"ım, ayinim oldu,
Minbir
dərdə tuşam dağlardan ayrı.
Bizimlə ün
tapdı, gün gördü Murov,
Məni tanıyınca
hönkürdü Murov,
Dağlara sultandı,
hünkardı Murov,
Bəlalı
bir başam dağlardan ayrı.
Koroğlu zirvəsi
kəmər-kəmərdi,
Zirvələşən
Ömər hansı Ömərdi?!
İldırımlar udan bir hünərvərdi,
Mən
- səhərsiz axşam
dağlardan ayrı.
Atamdı, babamdı,
ulu əcdadım,
Bir ömür can atdım çiyninə çatım.
Onlara borcludur
adım, urvatım,
Dağı
çətin aşam
dağlardan ayrı.
Çatdım qarşısına
daş gorgahların,
Önündə
lal oldum incik ruhların.
Tənəsi ağırdı
o ərvahların,
Yox
ömür, yox yaşam dağlardan ayrı.
Dağların başıydı
yurdum, yuvam da,
Getmir
cəsarətim - nisgil
qovam da.
Həsrət pəncəsində
elim, obam da,
Qurumaz
bir yaşam dağlardan ayrı.
Kitabım, dəftərim,
hafizəm dağlar,
Gəldim
ki, sinəndən gül üzəm, dağlar.
Qənbərəm, ta sizsiz gülsüzəm,
dağlar,
Məsrəfsiz
bir daşam dağlardan ayrı.
Gərəkdi
Gəvə toxumağa
hazırlaşana
Daraq,
piltə, iy və cəhrə gərəkdi.
Nəmiyə yığılan
yığıntı üçün
Ağacdan
düzəlmiş nehrə
gərəkdi.
Abır-həya edib,
arını qansan,
Daim
el içində başda
durarsan.
Qızdan öz
nəslinə bir təmiz ad-san,
Oğuldan
ataya bəhrə gərəkdi.
Gəl Qənbəri
yaxşı eşit, qadası,
Səndən
uzaq olsun dilin xatası.
Palıdı kəsməyə
odun baltası,
Kol-kosa
uzunsap dəhrə gərəkdi.
Gətirib gəlmişəm
"Biz tərəfə
bir də gəlmə!" - demişdin,
Yarpaq
olub, yel gətirib gəlmişəm.
Bizdən sizə
gələn yollar enişdi,
Yağış
yağıb, sel gətirib gəlmişəm.
Yaranmışam səndən
ötrü ölməyə,
Ala gözlüm, nə var bunu
bilməyə.
Barışmağa, danışmağa, gülməyə
Şirin-şirin
dil gətirib gəlmişəm.
Bu gün çıxdım
bir məramsız səfərə,
Hara baxdım - görmədiyim mənzərə.
Səmti çaşıb
düşdüm çöldən-çöllərə,
Bənövşəli
çöl gətirib
gəlmişəm.
Mən Qənbərəm,
a şöhrətli dilbərim,
Sevdasında
ağır şərtli
dilbərim.
İnsafa gəl,
mərhəmətli dilbərim,
Qapınıza
gül gətirib gəlmişəm.
Ay xanım
Keçmiş və
unudulmaz bir dost
məni yad edib
Eşitmişəm, məni xəbər alırsan,
Minnətdaram, əziyyətdi,
ay xanım!
Gözlədiyin gələr,
deyər: könlümü
Aldadırsan nə
müddətdi, ay xanım!
Bilirsənmi
nə sənətlə
məşğulam?!
Bəxş etdiyin
müsibətlə məşğulam!..
Öz dərdimi
böyütməklə məşğulam,
O da sənnən
əmanətdi, ay xanım!
Bəxtin səni
dilə tutub gətirdi,
Yol
göstərib, yarı
yolda itirdi.
İkimizi bir
fəsildə bitirdi,
Neyləyəsən, təbiətdi, ay xanım!
İndi mənəm
yerdən göyə alışan,
Axşam-səhər
xəyallarla danışan.
İşim-peşəm öz dərdini soruşan
Bülbüllərə şikayətdi, ay xanım!
Kömək yoxdur
gələn səsdən-səmirdən,
Yavaş-yavaş
qor daranır kömürdən.
Hər gün
sənə pay verirəm
ömürdən,
Artıq məndə
bir adətdi, ay xanım!
Məhəbbətin
durdu niyə qəsdimə?!
fitva verdi ocağıma, tüstümə!
Mən qovuram,
yenə gəlir üstümə,
Keçmək olmur,
məhəbbətdi, ay xanım!
Xeyri yoxdu köhnə
simə vurmağın,
Çətin
olar uçulanı qurmağın.
"Qənbər!" - deyib, əhvalını sormağın
İndən belə
nə zəhmətdi,
ay xanım!
Ədəbiyyat qəzeti.- 2013.-
15 noyabr.- S.7.