Mollanəsrəddinçi

ədəbiyyatşünas

 

Görkəmli alim, əsl milli ziyalı, çox təbii və səmimi insan kimi tanıdığım Firidun Hüseynov ilk növbədə mollanəsrəddinçi ədəbiyyatşünas idi. Firidun müəllim bütün həyatını Azərbaycan mollanəsrəddinçi ədəbiyyatının tədqiqinə və tədrisinə həsr etmişdir. Onun mollanəsrəddinçi ədəbiyyat haqqındakı qiymətli tədqiqatlarında XX əsrin əvvəlləri Azərbaycan tənqidi realizmi ədəbiyyatının real mənzərəsi, ədəbi gedişatın uğurları və kəsirləri dolğunobyektiv şəkildə işıqlandırılmışdır.

…Azərbaycan mollanəsrəddinçi irsinin Mirzə İbrahimov, Abbas Zamanov, Mir Cəlal, Əziz Mirəhmədov, Əziz Şərif kimi qüdrətli tədqiqatçılarının sırasında Firidun Hüseynovun da özünəməxsus yeri vardır. O, mollanəsrəddinçi ədəbiyyatşünaslığın əsas yaradıcılarından biridir.

 

İsaBİBBƏYLİ

 

AMEA-nın həqiqi üzvü

 

Ədəbiyyat qəzeti.- 2013.- 15 noyabr.- S.6.