Unudulmaz insan
Keçən əsrin
60-cı illərinin əvvəllərində biz
tələbə, o isə aspirant
idi. Hələ o zamanlar mən sevimli müəllimimiz,
görkəmli yazıçımız və alimimiz
Mir Cəlal Paşayevdən Firidun Hüseynov
haqqında çox xoş
sözlər eşitmişdim. Mir Cəlal Firidundan
ürək dolusu danışar, onun şəxsində gələcəyin böyük bir alimini, ustad bir müəllimini gördüyünü
xüsusi qeyd edərdi.
İllər keçdi, mən Firidün
müəllimlə doğma universitetimizdə
çiyin-çiyinə işləməyə
başladım.
…Sinəsi
söz xəzinəsi idi,
danışarkən dilimizin gözəlliyindən,
şirinliyindən elə yerli-yerində istifadə edərdi ki, insan onun
zəngin söz ehtiyatına, ədəbi
dilimizin, xalq dilinin incəliklərini dərindən bilməsinə
heyran olardı. Mən onun
söhbətlərinə qulaq asanda həmişə bu
hissləri
keçirmişəm. Rəhmətlik Firidunda Mirzə Cəlil yumoru,
Sabir gülüşü
var idi.
…Firidun Hüseynovun prof. Mir Cəlalla birlikdə
nəşr etdiyi "XX əsr Azərbaycan
ədəbiyyatı" keçən əsrdə
yazılmış ən gözəl ədəbiyyat dərsliklərindən
biridir. Mən bu
kitabı dəfələrlə oxumuşam,
indinin özündə də oxuyuram, hər dəfə orada
nəsə yeni bir şey tapıram.
Vasim MƏMMƏDƏLİYEV
AMEA-nın həqiqi üzvü
Ədəbiyyat
qəzeti.- 2013.- 15 noyabr.- S.6.