Firidun müəllim
Mən universitetin filologiya
fakültəsinə daxil olanda
Firidun Hüseynov həmin
fakültənin dekanı idi. Onun bizə tələbə biletini
təqdim etdiyi həyəcanlı dəqiqələr
indiyə qədər yadımdadır. Və o da yadımdadır ki, gərgin imtahan günlərindən
sonra biz birinci kurs tələbələri
özümüzü dünyanın ən
xoşbəxt insanları hiss edərək
hərəkətlərimizdə bir az yuxarıdan getsək də, Firidun
müəllim tamamilə sakit idi, illərlə həsrətində olduğumuz tələbə
biletini bizə elə laqeyd
verirdi ki, sanki onu xoşlamadığı
bir işə vadar eləmişdilər…
Bir-iki il keçdikdən,
biz təhsilə başladıqdan (və
dekanımızın xarakterinə bələd olduqdan)
sonra anladım ki, Firidun
müəllim heç də laqeyd adam deyilmiş,
sadəcə, təntənəni sevmirmiş.
…Firidun Hüseynovun dünyadan nə qədər erkən getdiyini mən çox sonralar, onun tərcümeyi-halını
bir daha nəzərdən
keçirərkən bütün
ağrı-acısı ilə anladım. Sən demə tələbə
olduğumuz illərdə bizə Mirzə
Cəlil, Sabir, Firidun bəy Köçərli yaşda və müdriklikdə! Görünən hörmətli müəllimimiz
qırx yaşlarında imiş.
Nizami CƏFƏROV
AMEA-nın müxbir üzvü
Ədəbiyyat
qəzeti.- 2013.- 15 noyabr.- S.6.