Yeriməz
salik olan rahi-rizadən qeyri,
İstəməz arif olan cövrü-cəfadən
qeyri.
Varıdır hər
nə gərək mehrü-vəfadən qeyri,
Yoxudur, istəməyin cövrü-cəfadən
qeyri.
Görmədim mehr təriqində sitəmdən özgə,
Gəlmədi eşqdə
başıma bəladən qeyri.
Görgəc ol xosrovi-xubanı nə əfğanlar edim,
İti söz kimsə deməz
şahə gədadən qeyri.
Yardan başqa dü aləmdə muradım yoxdur,
Nə gərək dərdi
olan canə dəvadən qeyri.
Könlini saf elə xəlq iləvü
asudə diril,
İstəməz ayinə
heç kimsə səfadən qeyri.
Əhli-məal nəvü
mehri nəvü kini nə
ola,
Saymadım heç kimi mövcud Xudadən qeyri.
Qədü baləvü
gözü qaşilə yox
bazarım,
Könlümü seyd etməz imiş hüsn ədadən
qeyri.
Qapı çox gəzdimü göz
yaşımı bica tökdüm,
Yox imiş dadə yetən
kimsə Xudadən qeyri.
Salehi mən edərlər meyü
məşuqindən,
Bana heç kim sitəm etməz Salehadən qeyri.
* * *
Mehrü vəfa sözini heç kimsədən inanmaz,
Yəğmadən əl
götürməz, bidaddən usanmaz.
Can vermişəm yolunda
yüz bin xəcalət
ilə.
Bilməm
neçün demişlər,
varın verən utanmaz.
Vaiz, sənin kəlamün hər biri neştər olsa,
Hər
kimi basdı qəflət, ta diridir, oyanmaz.
Mən çərxə
atmışam taş, mən eşqi etmişəm faş,
Mərd
etdügini söylər,
ər dedügini danmaz.
Töhmət deyər
özinə, nə söylər özgəsiçün,
Utanmiyən
özündən heç
kimsədən utanmaz.
Hirsilə etmə
möhkəm qəsri-əməl
binasın,
Seyli-qəza
önində çərxi-bərin
dayanmaz.
Göz
həqq yolındən
örtən tənbihi
həqqə lazım.
Ağır
olan yuxusi, oyatmasan, oyanmaz.
Saleh, nə kibriyadur ol nazlu
dilrubadə,
Heç
xəstəsini sormaz,
heç aşiqini anmaz.
* * *
Ey
Tənrini sevən, sölə, vaiz xəyali nə?
Bu hay-huydən nə bitər, qeylü-qalinə?
Ta eşq verdi yüz, görməm afiyət yüzin,
Heç
bilmənəm ki, hicr nə etdi
vüsalinə.
Qanum töküci bağrımı qan etdi firqəti,
Könlümdəki
bənim nəvü dustim xəyali nə.
Şadivü qəmdə
etməyinüz çox
mübaliğə,
Dünya
nədür ki, eyşi noləvü məlali nə.
Saleh bu qapu
xəstəsidür, bir
kərəz neçün,
İstəşmədün,
dirildimi, öldümi,
hali nə?
* * *
Yuxi girməz gözümə, şəm
bilir, mah bilir,
Könlümün
halını sən bilməsən, Allah bilir.
Bu əgər heç
yerə aparmazam, yol nə ola,
Dadrəs
qapısını ahi-səhərgah
bilir.
Saleh, onmaz iş
əgər olmasa tövfiqi-rəfiq,
Vər
nə salik yerin yolları gümrah bilir.
* * *
Sən dərd
duymamış nə sölərsən dəvasını,
Hər
nəstə bilməyə,
deyə kimsə vabaldır.
Ya mehr, ya
sitəm, birini səndən istərəm,
Lütfün
əgər həram isə, qanım həlaldır.
Dünyanın alu
yaşılı bir-birə
yaraşür,
Gər
qövr ilən nəzər edəzən,
vari aldır.
Küsməkdən
özgə söz söləməz şəhr
vaizə.
Bir taş
ürəkli, odlu ağız, bikəmaldır.
* * *
Ola, yarəb, bir
kərəz yarım bəni yad eyləyə,
Afəti-qəm görməsin
hər kim
bəni şad eyləyə.
Bu könül abad
ikən viranə oldı hicrdən,
Şimdi
vəqtidür ki, bu virani abad
eyləyə.
Rəhm qalxubdur
aradən, göz dutım qan ağlaya,
Dadinə
kimdür yetən, könlüm dutım dad eyləyə.
* * *
Nəng qayğusun
çəkən çaki-giriban
istəməz,
Xatirin
cəm istəyən zülfi-pərişan istəməz.
Qoy ətabi könlümi çini-cəbin
viran edər,
Mövc
kafidür sınıq
kəştimğə, tufan
istəməz.
* * *
Hər nəfəs
xoş nəqşlər
bu çərx varun göstərür,
Ol hərifdən olma qafil, qum satur, un göstərür.
Başə gəldi
günlərü gün
yüzlü yarı görmədük,
Ey fələk, dövran sənindür kim, bizə
gün göstərür.
Mirzə
Saleh Təbrizi
Ədəbiyyat qəzeti.- 2013.-
22 noyabr.- S.5.