Teymur Kərimli - 60
Hörmətli Teymur müəllim!
Sizi - tanınmış ədəbiyyatşünas
alimi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz 1970-ci ildə orta məktəbi
qızıl medalla bitirib
Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmusunuz. 1975-ci ildə Ali
təhsilinizi başa vurub
müəllim kimi əmək fəaliyyətinə
başlamısınız. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
aspiranturasında təhsil almısınız. 1983-cü ildə
«Nizamidə tarixin romantik
qavrayışı («Yeddi gözəl»
poeması üzrə) mövzusunda namizədlik
dissertasiyası, 2003-cü ildə «Nizami
yaradıcılığında tarixi
şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksi
və yardımçısı kimi» mövzusunda doktorluq
dissertasiyası müdafiə etmisiniz.
«Nizami və tarix» (2002),
«Görünməyən Füzuli» (2003), «Akademik Akif Əlizadə: istedadla enerjinin
harmoniyası» (2004), «Şərqin qapısından dünyaya» (2009), «Gözəllərin axıra
qalmışı» (2010), «Hicran ömrü», «Akademik
Əhməd Mahmudov» kitablarının
müəllifi, ümumtəhsil məktəblərinin X sinifləri
üçün «Ədəbiyyat» dərsliyinin
(2004, 2007),
Azərbaycan Ensiklopediyasının xüsusi
(«Azərbaycan») cildindəki «Azərbaycan ədəbiyyatı»
və «Ədəbiyyatşünaslıq» oçerklərinin,
«Heydər Əliyev və Azərbaycan ədəbiyyatı»
(2009) toplusundakı «Heydər Əliyev və klassik
ədəbiyyat» bölməsinin həm müəllifi (professor Vilayət Quliyevlə birgə),
Moskvanın « Xudojestvennaya literatura»
nəşriyyatında rus dilində çap olunan «Azərbaycan ədəbiyyatı
klassikası» seriyasından I və II, III, IV cildlərin ön sözlərinin həmmüəllifisiniz
(akademik Bəkir Nəbiyevlə birgə),
Budapeştdə (Macarıstan) macar dilində
nəşr olunmuş Füzulinin
«Hədiqətüs-süəda» əsərinin ön sözü də
sizə aiddir. Altıcildlik «Azərbaycan
ədəbiyyatı tarixi»nin
baş redaktorunun müavinisiniz. «Füyuzat» və «Mola Nəsrəddin»
(8 cilddə) dərgilərinin latın əlifbası ilə nəşrinin
redaktorusunuz. 100-dən artıq elmi əsərin müəllifisiniz. 2007-ci ildə
AMEA-nın müxbir üzvü
seçilmisiniz. Professor
elmi rütbəsi almısınız
(2010-cu ildə). Azərbaycan Respulikası Prezidentinin 26 may 2010-cu il tarixli sərəncamı
ilə «Heydər Əliyev və Azərbaycan ədəbiyyatı»
kitabına görə Azərbaycan Respublikasının
Dövlət mükafatına layiq görülmüsünüz (B.Nəbiyev,
M.Qasımlı, V.Quliyev, N.Cabbarlı və
N.Şəmsizadə ilə birlikdə).
2005-ci ildə Hüseyn Cavid
külliyyatının Turan Cavid tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 25 min tirajla nəşr edilmiş beşcildliyinin redaktoru və lüğətin həmmüəllifisiniz.
Beşcildliyin 2007-ci ildə işıq üzü görmüş
yeni nəşrində redaktor
və ön sözün
həmmüəllifisiniz. «Hüseyn Cavid yaradıcılığında Qərb və
Şərq» (Aida İmanquliyevanın xatirəsinə
həsr edilmiş Beynəlxalq
konfransın materialları. Bakı, 2006) məqaləsinin
müəllifi, «Cavid hikməti. Seçmə
aforizmlər» (Bakı, 2007) kitabının redaktoru
və ön sözün
həmmüəllifisiniz. On cildi çapdan
çıxmış «Cavidşünaslıq»
seriyasının, 6 cildlik füzuli
külliyyatının, 2 cildlik Nəsimi
külliyyatının, 12 cildlik, «Azərbaycan
qeyri-maddi mədəniyyət abidələri
və Ərtoğrol Cavid» nəşrinin
və bir çox başqa klassik sənətkarların
əsərlərinin redaktorusunuz.
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor
müavini vəzifəsində işləyirsiniz.
AMEA Humanitar və ictimai
elmlər bölməsinin büro üzvüsünüz.
Bakı,
Kazan, Dərbənd,Ankara, Təbriz,Tehran, Bağdad, Mağara, Urmiya, Hələb, Dəməşq, Daşkənd,
Budapeşt, İstanbul,
Milan, Dehli şəhərlərində
keçirilən müxtəlif mövzulu
Beynəlxalq konfranslarda klassik
Azərbaycan ədəbiyyatının aktual
problemləri barədə maraqlı məruzələrlə iştirak etmisiniz.
Beş ildən bəri Azərbaycan Dövlət Televiziyasında
müntəzəm fəaliyyət göstərən və Azərbaycan
ədəbiyyatının bütün dünyada təbliğ edilməsində mühüm rol oynayan «Məclisi-üns» verilişinin
daimi üzvüsünüz.
Hörmətli Teymur müəllim!
Sizi bir daha
yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2013.- 4 oktyabr.- S.5.