Ədalət Əsgəroğlu
Amansız ölüm istedadlı şair
və publisist Ədalət Əsgəroğlunu
aramıızdan apardı.
Ədalət Əsgər
oğlu Məmmədov 1957-ci il yanvarın 7-də Göyçayda
anadan olmuşdur. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1975-ci ildə Bakı Dövlət Universitetinin filologiya
fakültəsinə qəbul olunmuşdur.
Təhsildən ayrılmadan Sumqayıt Neft-qaz-kimya zavodunda işləmişdir.
1979-cu ildə «Qızıl Şərq» mətbəəsində,
daha sonra Səttərxan
adına Maşınqayırma zavodunda, «Maarif» nəşriyyatında, Qarabağ
Xalq Yardım Komitəsində müxtəlif
vəzifələrdə işləmişdir.
Bədii
yaradıcılığa erkən başlamışdır.
«Zirvələr» adlı ilk mətbu şeri 1969-cu ildə «Azərbaycan pioneri» qəzetində dərc edilmişdir.
Ötən əsrin 80-ci illərində dövri
mətbuatda şeir, tərcümə və
publisistik yazılarıyla müntəzəm
çıxış etmişdir. «Yaz ilə gələn sevda»
adlı ilk kitabı ədəbi ictimaiyyət
tərəfindən maraqla
qarşılanmışdır. «Mən sənə
aşiqəm, dünya», «Göyçaydan
başlayan ömür
yolu», «Özüm
qürbətdə, gözüm vətəndə»,
«Alim və pedaqoq ömrü», «Sabahını itirməyən adamlar», «Məmləkətim - canım mənim»,
«Dərdimizin qan rəngi»
kitablarının da taleyi
uğurlu olmuşdur.
Cəlaləddin Ruminin 800 illik
yubileyi münasibətilə keçirilən
müsabiqənin ali mükafatını
almışdır. Ölkəmizin hüdudlarından kənarda
da şeirləri işıq üzü görmüşdür.
Ədalət Əsgəroğlu
2003-cü ildən ömrünün sonuna kimi Azərbaycan
Yazıçılar Birliyi Mətbuat xidmətinin
rəhbəri vəzifəsində səmərəli fəaliyyət
göstərmişdir.
İstedadlı qələm
yoldaşımız, səmimi, təvazökar insan
Ədalət Əsgəroğlunun işıqlı xatirəsi
qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Yazıçılar Birliyi
Ədəbiyyat qəzeti.- 2013.- 4 oktyabr.- S.8.