Ustad şairin tükənməz
söz çeşməsindən
Naxçıvan
Dövlət Universitetində İran İslam Respublikasının
Naxçıvandakı Baş Konsulluğunun mədəniyyət mərkəzi
ilə birgə «Şəhriyarın söz
çeşməsi» mövzusunda beynəlxalq
elmi konfrans keçirildi.
Konfransı
giriş sözü
ilə açan universitetin
rektoru, biologiya elmləri
doktoru, professor Saleh Məhərrəmov Məhəmməd Hüseyn Şəhriyarın nəinki XX əsr
Azərbaycan və Yaxın Şərq poeziyasının,
bütövlükdə dünya ədəbiyyatının
görkəmli nümayəndələrindən biri olduğunu vurğuladı. Rektor
ustad Şəhriyarının
yaradıcılığının tədqiqinin və təbliğinin
əhəmiyyətindən bəhs etdi.
Görkəmli
şairin yaradıcılığına aid videoçarxın nümayişindən sonra İran İslam Respublikasının
Naxçıvandakı Baş Konsulu Məhəmməd Təqi Məhəmməd
Əli ustad Şəhriyarı dünya şöhrətli şair
kimi tanıdan çoxcəhətli
yaradıcılığından bəhs etdi.
İran İslam
Respublikasının Naxçıvandakı Baş
Konsulluğunun Mədəniyyət Mərkəzinin
rəisi Əli Əkbər Talibi Mətin
Məhəmməd Hüseyn Şəhriyarı
türkdilli və farsdilli
poeziyanın zirvəsində dayanan şair kimi dəyərləndiri.
Konfransda Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə
iş üzrə dekanı, dosent, şair Xanəli Kərimli
“Şəhriyarın “Heydərbabaya salam” əsərində
milli adət-ənənələrin təcəssümü”,
Poldəşt Pəyame Nur Universitetinin
rektoru Höccətullah Qəhrəmani
“Şəhriyarın şerində vəzn və musiqi”, Naxçıvan Dövlət Universitetinin
“Azərbaycan ədəbiyyatı kafedrasının professoru, əməkdar elm
xadimi Hüseyn Həşimli
“Məhəmməd Hüseyn Şəhriyarın
yaradıcılığında sənətkarlıq
xüsusiyyətləri”, tarix-filologiya fakültəsinin
dekanı, dosent İman
Cəfərovun “Şəhriyar
yaradıcılığında ənənə və novatorluq”,
Hadişəhr Azad İslam
Universitetinin rektoru Rza Qasımzadə “Heydərbabaya salam” mənzuməsində adət-ənənələr”,
Naxçıvan Dövlət Universitetinin
“Qeyrət” nəşriyyatının direktoru,
dosent, şair-publisist
Vaqif Məmmədov “Azərbaycan şerində
Şəhriyar mövzusu” adlı məruzələri
dinlənildi.
Məruzələrdə
dövrünün görkəmli şairi Məhəmməd Hüseyn
Şəhriyarın yaradıcılıq məziyyətlərindən,
klassik-romantik poeziyanın ənənələrini
yaşadaraq yeni ruh gətirən əsərlərindən, çağdaş poeziyaya
təsirindən bəhs olundu.
Konfransın sonunda universitetin aktyor sənəti ixtisası tələbələrinin
ifasında ustad şairin
“Heydərbabaya salam!” poemasından bir parça səsləndirildi.
Mehriban
SULTAN
NDU-nun Mətbuat şöbəsinin
müdiri
Ədəbiyyat qəzeti.- 2013.-
11 oktyabr.- S.8.