Ön söz
Dmitri Aleksandroviç
Mizqulin 1961-ci ildə Murmanskda doğulub. 1990-cı ildə Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunu
bitirib. Hərbi xidməti Azərbaycanda
keçib. Bir sıra
şeirləri də
ilk dəfə Azərbaycanda
"Literaturnıy Azerbaydjan"
jurnalında işıq
üzü görüb.
Azərbaycanla əlaqələrini, ünsiyyətlərini yaşatması
isə onunla sonuclanıb ki, 2000-ci ildən etibarən şeirləri Azərbaycan
dilinə tərcümə
edilib və "Azərbaycan", "Ulduz"
jurnallarında, "Ədəbiyyat
qəzeti"ndə çap
olunub. "Şam" şairin Azərbaycan oxucusu ilə ilk sanballı görüşüdür. D.Mizqulin təbiətdən çox
yazır. Amma onu əsla təbiət şairi kimi qələmə vermək
olmaz. Onun demək olar
ki, bütün şeirlərinin alt qatında
insanla üzləşirsən.
Çağdaş insanın acılarına
şahid olursan. Azərbaycanla bağlı şeirləri
də elə bu çevrədə maraqlıdır. D.Mizqulinin
2006-cı ildə "Xudojestvennaya
literatura" nəşriyyatında
çap olunmuş
"Seçilmiş əsərləri"ndən
götürülən bu
şeirlərdən görünür
ki, o, ən çox vətənin və vətən oğlunun taleyindən narahatdır. Bu təəssübkeşlik
hissi onun bütün poeziyasına hakimdir.
O ki, qaldı şeirlərinin Azərbaycan
dilinə tərcüməsinə
(yeri gəlmişkən,
D.Mizqulin bunu poeziyasının türk dünyasına açılan
ilk pəncərəsi kimi
dəyərləndirir) tərcüməçilər
rus şerinə məxsus ölçülərdən
zaman-zaman yayınsalar
da, məğzə, mənaya son dərəcə
sadiq qalıblar. Əlbəttə, son söz oxucunundur.
Ümidvarıq
ki, "Şam" diqqət çəkəcək
və bu şamın şöləsində
yeni nəşrlər
meydana gələcək.
"Şam" Rusiya-Azərbaycan ədəbi
əlaqələrinin yeni
mərhələsində barmaqla
sayılan ədəbi
hadisələrdən biri
kimi sevindiricidir. Sındırılmış körpüləri bərpa etməyin zamanı çatıb.
D.Mizqulinin
1992-ci ildən başlayaraq
onlarca kitabı çap olunub. Altı dəfə Ümumrusiya ədəbi mükafatlarına
layiq görülüb.
2004-də "D.Mamin-Sibiryak",
2005-də "Petropol" mükafatları
və s. Amma onun ən böyük
mükafatı yaşadığı
və çalışdığı
Xantı-Mansiyski vilayətində
qazandığı hörmətdir.
Onun ictimai-siyasi fəaliyyəti,
azərbaycanlıların sıx
yaşadığı bu
bölgədə vilayət
duması ilə bağlıdır. "Şam"ın araya-ərsəyə
gəlməsinə də
bu azərbaycanlılardan
biri -Tümendə yaşayıb-yaradan soydaşımız
Knyaz Qoçaq dəstək olub.
Çingiz Abdullayev
Azərbaycanın xalq yazıçısı
Ədəbiyyat
qəzeti.- 2013.- 25 oktyabr.- S.6.