Muğam müsabiqəsi - yüksək sənət tələbləri

  

Xalq bir dəryadır. Onun mənəvi sərvəti tükənməzdir. Dahi sənətkarlar xalqdan öyrəndiyi, xalqa arxalandığı üçün sənətin zirvəsinə çıxa bilmişlər. Boş uydurmalarfantaziyalar əsasında yaranan bir əsər camaatın, xalqın zövqünü oxşamaz, onun xoşuna gəlməz. Yaxşı bir şey yaratmaq istəyənlər yaratmağı xalqdan öyrənməlidir.

Üzeyir Hacıbəyli

 

  Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət fondunun layihəsi əsasında Azərbaycan televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən «Muğam televiziya musabiqəsi - 2013»ün bu günlərdə final yarışması oldu.

Respublika Beynəlxalq Muğam Mərkəzində bir tamaşaçı kimi iştirak etmək mənə də nəsib oldu.

Müsabiqə başlamazdan öncə aparıcılar müxtəlif ölkələrdən gələn məktubların məzmununu efir vasitəsilə oxuyur və ürəkaçan xəbərləri elan edirdilər.

Son illər Azərbaycandan İrana müalicə üçün bir çox insanlar üz tutmuşlar. Qayıdıb gələnlərdən razılıq edənlər də var, razı olmayanlar da var.

Bir tanışım xanımı ilə Təbrizə müalicə üçün getmişdi. Müalicə zamanı bir təbrizli ilə tanış olmuşdular. Bu təbrizli onları o axşam evlərinə dəvət etmişdi. Axşam qonaq getmək üçün taksi maşını saxlayırlar, sürücü ünvanı eşidəndə onlardan üzr istəyib deyir:

- Getdiyiniz yer uzaqdadır, gedə bilmərəm. Çünki Badi-kubədən (Bakıdan - red.) yarışma konserti olacaq.

Aparıcılar tamaşaçıları münsiflər heyəti orkestrin üzvləri ilə bir-bir tanış edirdi.

Yeddi nəfərdən ibarət olan münsiflər - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Ağaxan Abdullayev, Mənsum İbrahimov, əməkdar incəsənət xadimi, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, əməkdar incəsənət xadimi, televiziya təşkilat şöbəsinin müavini Nadir Axundov təqdim olundu. Sonra orkestrin üzvlərini təqdim etdilər.

Həftənin II-IV günləri keçirilən müsabiqədə 20 nəfər iştirakçı var idi. Hər həftənin IV günü az xal toplayan müğənni müsabiqəni tərk edirdi. Şayəd iki nəfər ən az xalı toplayırdısa, hər ikisi müsabiqəni tərk edirdi. Müsabiqənin axırıncı həftəsinin dördüncü günü səkkiz nəfər qalib sayılırdı.

Müsabiqəni tərk edən gənclərə sözüm:

Sizlər heç itirmədiniz. Əksinə, qazandınız. Səhnəyə çıxmaq, cür əyləşmək, mikrofonu hansı məsafədə saxlamaq, bir sözlə, səhnə mədəniyyətini öyrəndiniz.

Dünyada olan muğamsevərlər sizləri gördü, bununla da siz gənclərin yaşınızın bu məqamında fəxr etməyə haqqınız var. Yəqin ki, bundan sonra dost-tanışınızın toy-şadlıq günlərində sizləri oxudacaqlar.

Mən münsiflərin oxuyanlara münasibətindən az da olsa danışmaq fikrindəyəm. İştirakçı mügənni oxuyub qurtarandan sonra münsiflər bir-bir onların oxuma tərzini, muğamın guşədən-guşəyə necə keçməsini, şeirlərin sözlərini dürüst tələffüz etmələrini göstərir öz tövsiyələrini edirdilər.

Münsiflərin hər biri ayrıca qiymət xalı verirdi. Sevindirici hal idi ki, hər həftə klassik şairlərimizin şeirləri tapşırılırdı. Nizami, Füzuli, Xətai, Seyid Əzim, Nəbati sair şairlərin qəzəllərini oxumaqla onları bir daha yada salırdılar.

Xoşagələn cəhətlərdən biri mügənni oxuyandan sonra dəstgahda olan şöbələr ekrana yazılırdı. Bu möhtəşəm zalda elə sakitlik var idi ki, sanki universitetin tələbələri akt zalında əyləşib professorun maraqlı bir mövzuda mühazirə oxumasına qulaq asırlar. Bu o deməkdir ki, xalqımız klassik muğama susamışdır.

Muğam televiziya müsabiqəsi final yarışmasında bir çoxlarının əməyi vardır. O cümlədən rejissor Rövnəq Həsənzadənin əməyini itirmək insafsızlıq olardı. Müsabiqənin bütün gedişatını incəliyinə qədər rövnəqləndirirdi.

Orkestrin bədii rəhbəri əməkdar artist, Prezident təqaüdçüsü Sahib Paşazadə idi. Müsabiqədə elə oxuyan var idi ki, onun heç bir köməyə ehtiyacı yox idi. Lakin elələri var idi ki, ayaq tutan uşaqlar kimi köməyə ehtiyacı var idi. Onları da Sahib aparırdı.

Oxuyanın şeir yadından çıxıbsa, tarzən konsert gedə-gedə ayağa durub şeri pultun üstünə qoyub ona yaxınlaşdırırdı.

Bir qayda olaraq xanəndə musiqiçini öz ardınca aparmalıdır. Bəzən burada əksinə olurdu.

Elə vaxtlar olurdu ki, Sahibin barmaqları tarın pərdələrində, başı oxuyanda, müxtəlif işarələrlə onu yoluna qoyurdu. Bir sözlə, necə deyərlər, tarzən cənabları «dəridən-qabıqdan» çıxırdı.

Müzakirə zamanı oxuyanı əyani başa salmaq üçün xalq artistləri Əlibaba, Ağaxan zümzümə edirdilər.

Adlarını qeyd etdiyim xalq artistləri Əlibaba, Ağaxan, Arif toylarda olan məzəli hadisələrdən danışırdılar. Bu da məclisə bir canlanma, bir şuxluq gətirirdi.

Telestudiyanın rəhbərliyi seçilmiş gənclərin həyat tərzilə maraqlanmışlar.

Sən demə, bu gənclərin içərisində elələri vardır ki, gündəlik ehtiyacları yox dərəcəsindədir.

Elə insanlar var ki, bir humanist addım atır, lakin onun savabını bilmir, elə hesab edir ki, bu elə belə olmalıdır.

Nadir müəllim belələrindəndir. O, gənclərin yaşadığı yeri biləndən sonra oranın varlı adamları ilə söhbət edib bu müşkülatı həll edib.

Belə imkanı olmayan insanlara əl tutmaq, onları sevindirmək ən böyük savablardan biridir.

Müsabiqə keçirilən zaman ən çox narahatçılığı Nadir müəllim keçirirdi. Müğənni oxuyarkən Nadir müəllim rəyasət heyətindən müxtəlif işarələrlə ona dürüst oxumasına kömək edirdi. Elə ki, mügənni tamam-kamal oxuyub qurtardı, Nadir müəllimin elə bil doğma övladı imtahandan çıxdı.

Müsabiqənin respublikanın bölgələrində keçirilməsi təqdirə layiqdir.

Müsabiqənin axırıncı həftəsini mən belə təsəvvür edirəm:

Oğluna toy edən ata səhəri hər işi əfun-safun edəndən (əncam çəkəndən) sonra asudə oturub deyir:

- Şükür Allaha, böyük bir yükün altından çıxdım.

Nadir müəllim özünü şefin otağına salıb deyəcək:

- Şükür Allaha, yaxşı qurtardıq.

Hörmətli oxucum, yaşımın o məqamıdır ki, istəmirəm bildiklərimi özümlə aparım. Eldar Mansurov xatirələr yazır. Bakıda çoxlu adlı-sanlı xanəndələr olub. Onlar bir-birinə qonaq gedib musiqi məclisləri qurublar.

Olmuş bir əhvalatı yazsam, yerinə düşər. Bu, elə bilirəm ki, musiqi tariximiz üçün önəmlidir.

Əhvalatı atamın xalası oğlu Mirzə Kamyab danışıb.

O, uzun illər Təbrizdə Keçəçioğlu Məhəmmədlə kübar ailələrdə muğam axşamları keçirib. Muğam gecələrinin birində ev sahibinin qızı Zəhra xanımı görüb onunla evlənib.

İranda bir xan Badi-kubədən məşhur xanəndə Ala-Palas oğlunu öz iqamətgahına dəvət edir. Məclis qurulur, bir neçə musiqidən sonra Ala-Palas oğlunu oxumağa dəvət edirlər. Ala-Palas oğlu:

- Qibleyi-aləm, dəmağ nədarəm (həvəsim yoxdur).

Tez onu məclisdən uzaqlaşdırırlar.

İkinci gecə Ala-Palas oğlu deyəndə ki, «dəmağ nədarəm», xan əmr edir ki, aparıb onun damağını kəssinlər.

O başlayır yalvarmağa ki, uzaqdan gəlmişəm, yorğunam.

Xan:

- Aparın salın bunu tövləyə!

Ala-Palas oğlunu salırlar tövləyə. Bir müddət keçəndən sonra qapıçıdan çay istəyir. Ona çay verirlər. Çayı içib başlayır oxumağa. Yavaş-yavaş onu aparırlar meydana, səhərə kimi oxuyur. Söyləyibmişlər ki, həmin gecə qonşu damlarda yer qalmayıb.

Xan:

- Ay pədəri süxtə (filan-filan olmuş), mənim bu təmtəraqlı yerim tövləyə dəymədi?!

Ona görə deyirlər: Xanəndəni xanəndə gətirər həvəsə.

Bu ənənə indi davam edir. Deyilənə görə, Habil Əliyev, Məhəbbət Kazımov iki-üç il bundan əvvəl İranda Səreyn adlanan şəhərə gəzməyə gedirlər. Afişada konsert elanı oxuyurlar. Maraqlanıb bilet alıb zala daxil olurlar. İşıqlar sönür, pərdə açılır. Xanəndə kim olsa yaxşıdır? Kim?

- Bu bizim II muğam müsabiqəsinin qalibi Elməddin!

Həqiqətən bizim bu yüksək sənət tələblərinə qadir muğam müsabiqələrimiz özü mötəbər sənət məktəbidir.

Əlbəttə, uzun əsrlər boyu xalqımızın yaratdığı yaddaşında yaşatdığı, daha da cilaladığı zəngin muğam sənətimizin bugünkü dünya şöhrətində Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın böyük diqqəti zəhməti şəksizdir.

Bu diqqətə zəhmətə görə həm sənət ustalarımız, həm milyonlarla muğamsevərlər, təbiidir ki, səmimi qəlbdən təşəkkürlərini bildirirlər. Mehriban xanım özü muğam ənənələrimizi yaşadan ustad sənətkarlarımızı gərəyincə qiymətləndirir: “Canlı ünsiyyət olmadan muğamın sirlərini mənimsəyə bilməzsən. Dahi muğam ustalarımız uzun əsrlər boyu biliklərini ağızdan-ağıza ötürərək ənənələri yaşatmağa nail olmuşlar. Ənənələr bu gün yaşayır mən buna görə bütün muğam ustalarımıza dərin təşəkkürümü bildirirəm.”

Tamaşaçı dinləyicilərin böyük maraqla izlədikləri Muğam müsabiqəsi əslində yüksək sənət tələblərinə cavab vermək imtahanıdır.

Uğurlar olsun.

 

Cümşüd Muradov

 

Ədəbiyyat qəzeti.- 2013.- 25 oktyabr.- S.6-7.