Sözə loğman idin
İslam Səfərlinin xatirəsinə
Şirin nəğmə idi
hər kəlmə sözün,
Həmişə
gülərdi o nurlu üzün.
Döndün bir nəğməyə
həyatda özün,
Halal insan idin, İslam Səfərli.
Mənasız ötmədi ömrünün anı,
Şam kimi əritdin sən şirin
canı.
Ürəkdən sevirdin Azərbaycanı,
Bir qəhrəman idin, İslam Səfərli.
Ürəklər fəth etdin söz-söhbətinlə,
Zirvəyə ucaldın öz qeyrətinlə.
Vətən torpağında məhəbbətinlə,
Uğur yazan idin, İslam Səfərli.
Çiçəklər açırdı odlu sinəndə,
Saçın daranırdı bir meh əsəndə.
Hikmət bağçasında, söz çəmənində
Gözəl bağban idin, İslam Səfərli.
Sən sözdən al-əlvan çələng
toxudun,
Sən gülə-çiçəyə
nəğmə oxudun.
Sönməz qaladığın ocağın, odun,
Çox mehriban idin, İslam Səfərli.
Yazdığın nəğmələr gəlməz
hesaba,
Ümidlə baxırdın gələn sabaha.
Səndən söz açırdı bütün
el-oba,
Canlı dastan idin, İslam Səfərli.
Ürəklə görürdün gördüyün
işi,
Vüqarlı dağ idin, qeyrətli kişi.
Unutmaq olarmı o xoş gülüşü,
Sözə loğman idin, İslam Səfərli.
Əziz
Musa
Ədəbiyyat
qəzeti.- 2013.- 27 sentyabr.- S.8.