Bağlı qapılar
Açar axtarıram… Düşünürəm,
görəsən nə vaxtsa
tapacağammı? Hər yolun sonuna gələndə, hər dəfə
arzularım puç olanda,
ətrafımda kimsəni görməyəndə ümid qapımın açarını
axtarıram. Gözləmədiyim bir anda açar
çıxır qarşıma, bir də
görürəm ki, ümid
qapım yoxdur ortalarda.
Deməli mən açarı yox,
elə qapımı itirmişəm… irəliləməyə doğru çalışıram, yoluma bədbəxtlik yol
yoldaşı olur. Ətrafıma
baxıram, qarşıma baxıram, geriyə baxıram, bu dəfə ortalarda nə
xoşbəxtliyin açarı, nə də xoşbəxtlik
qapım var. Başqa
əlac yoxdur, ortalarda
qala bilmərəm, yenə irəliləməyə
məcburam. Mən irəlilədikcə qapılar
bağlanır üzümə. Çox
çalışıram açmağa,
alınmır… Sındırmağa da
hazıram bu tilsimli
qapıları. Əfsus, tilsim güclüdür. Qapılar yox
olmağa başlayır. Mən isə hey axtarıram dürüstlüyün,
etibarın, vicdanın qapısını, hər
addımbaşı gözlərim dörd
olur. Yoxdur ortalarda nə açar,
nə də ki qapı… Açar
olmasa da olar, əminəm, var
gücümlə vuracağam, var güclə çalışacağam ki, bu qapıları
sındırım… Yetər ki, bu qapılar çıxsın qarşıma…
Yetər ki, biri mənə
bu qapıların yolunu
göstərsin…
Nərgiz MƏMMƏDOVA
Ədəbiyyat qəzeti.- 2013.- 27 sentyabr.- S.7.